Vəsiyyət ən böyük diplomatiyadır…

“Sizdən istəyim var və hər bir sevdiyim, torpağına baş əydiyim, vurulduğum naxçıvanlı, şamaxılı, bərdəli, qəbələli, lənkəranlı, qusarlı, qubalı olan hər kəsdən istəyim var…

Arxivlərdə o qədər qüdrətli, təmiz, vüqarlı, qurub, yaradan, vicdanlı və namuslu, əxlaqlı, insanlara əl tutub, təmənnasız onları yerdən qaldıran insanlara rast gəldim ki… Onların hər biri bu gün dəyişən dünyamıza, bütünlüklə Azərbaycana lazımdır. Amma adları, imzaları, qəbrləri it-bata düşüb. Bakıda Fəxri Xiyaban təsadüfən yaradılmayıb. O, bütöv Azərbaycanın sənət əsəridir. Dəyişən dünyamızda təklifim var – xeyirxah, vicdanda, təmizlikdə, təmənnasız və minnətsiz qurub yaradanların… hər biri öz əməli və işilə gələcək nəsillərin tərbiyə məktəbinə çevrilən ğsaqqalların və ağbirçəklərin ayrıca dəfn yeri – qəbiristanlığı ollsun… Bu gözəl olar. Bu bütün regionlar üçün başlanğıc olar…

Vəsiyyət ən böyük “diplomatiya”dır… Məsələn, İspaniya diktatoru Franko Baamondeniıı (1892-1975) ölümündən yeddi dəqiqə öncə oğlu Karla etdiyi vəsiyyət illərdir ki, beynəlxalq aləmdə təhlil edilməkdədir.

Karl!.. vətəndən baş götürüb gedənləri vətənə qaytarNspaniya üçün gərəkli adamları qaytar… Çünki onlar İspaniyanın yox, mənim düşmənlərimdir…”

Frankonun taleyində bu vəsiyyət misilsiz rol oynayıb. Təhsil ocaqlarında bu vəsiyyətnamə dərs proqramlarına salınıb. Onun haqqında ictimai rəyi bir daha “redaktə” edib. Halbuki, dövlətin formalaşdırılmasında, dövlətçilik ənənələrinin qorunub saxlanılmasında ölkə başçısının vəsiyyəti əsas şərtlərdən biri olub. Məsələn, XIII əsrdə yaşamış məntiq alimi “Şam filosoflar cəmiyyəti”niıı (Dəməşq) yaradıcısı Hüseyn Əmmar Naxçıvandan qayıdarkən hamıya örnək olsun, deyə yazır: “…İstəyirsən, qurduğun dövlətdə həqiqət bərqərar olsun, ədalət hakim olsun… onda dediyim və məsləhət bildiyim on bir (11) şərtə əməi et:

  1. And içəndə fikrinə, əməllərinə şübhə ilə yanaşma. Xalqını – başçısı olacağın xalqı, ərazini, dövləti gözlərin qarşısına gətir.
  2. Özündən əvvəlki rəhbərin, sərkərdənin… alimin vəsiyyətinə əməl et. Pisləri islah et.
  3. Ədalət bölgüsünə sahib çıx. Hər kəsin əməyinin nəticəsini hörmət və ehtiram şəklində özünə qaytar.
  4. Alimi, söz axtarıb tapanı və bu sözlərlə milləti, xalqı, vətəni çiçəkləndirənləri, vətən düşmənlərini divana çəkənləri ac saxlama. Onları yaxma burax.
  5. Qəbiristanlığa girəndə məzar əhlinə birinci salamı sən ver, sən rəhmət dilə.
  6. Küsüb gedən alimləri, kəşf edənləri, söz sahiblərini məclislərinə çağır. Onlara “barış şərbəti” içirt.
  7. Əxlaqı qoru. İnsanları başlı-başına buraxma.
  8. Xainləri, satqın və yalançı məmurları əfv etmə, onları bağışlama. Bağışlasan, onlar sənin məhvin üçün məqam axtaracaqlar (Allah bağlı və tilsimli qapılardan qorusun).
  9. Allahı yadından çıxarma. Nəfsini cilovla. Düşməni məhv et.
  10. Yaxşılıq və insanlıq bərəkət və bolluq rəmzidir. Allahın bu sifətlərdən çox xoşu gəlir. Zalıma, murdar niyyətli, yaltaq və başıpozuq adamlara yaxşılıq etmə.
  11. Vətən üçün, torpaq və millət üçün… Allahdan səbir dilə…”

Araşdırmalarımıza görə, mərhum vaxtıilə Heydər Əliyev həmişə yazışmalarında torpaqların verilməsində, müharibənin başlanmasında, günahsız insanların qırılmasında… iqtisadiyyatın, elmin, təhsilin,

səhiyyənin, mədəniyyətin, əxlaqın, adət-ənənənin pozulmasında… xəyanətkar mövqe tutan “əqidə yoldaşlarf’nm, “siyasi  boşboğazlar” m, “milli qəhrəman”lann adlarını açıqlayır və onları millət və xalq üçün “fəlakət” sayır. Eyni strateji xətti bu gün ölkənin qurucusu olan Heydər Əliyevdən sonra Prezident İlham Əliyev həyata keçirir. Yaddan çıxarmayaq ki, Rusiya hələ də I Pyotrun vəsiyyətləri çərçivəsində idarə olunur və o çərçivədən heç kəs kənara çıxmaq istəmir. Vaşinqton, London… o çərçivəni dağıda bilmədi.

Sual olunur: Bu gün müstəqil kimin, hansı sərkərdənin və yaxud dövlət başçısının vəsiyyətnaməsi, proqramı, konsepsiyası, doktrinası ilə qurulub və yaxud idarə olunur? Diplomat H.Kissincer (ABŞ) iddia edir ki, Azərbaycanda çox ciddi bir doktrina var – “Əliyev (eks-prezident Heydər Əliyevə işarədir) doktrinası var”. Eyni xətdir. Və bu xətlərin heç biri xəyanət sevmir. Onun fikrincə, bu doktrinanın özəyini “…ümumbəşəri dəyərlərə və böyüklüyə malik Heydər Əliyevin sözləri, fikirləri təşkil edir. Qnun deyilməmiş söz və fikirləri yazılı şəkildə qaldı. Bu adət Şəeq siyasətçiləri üçün, Şərq diplomatiyası üçün önəmli bir işdir… Mən Tehranda olarkən İran şahının yazılı vəsiyyətini oxudum. O özü oxudu və deyir ki, mən bu vəsiyyəti İran xalqına edəcəm… Amma səhv etmirəmsə, şahın vəsiyyət etməsinə və ya vəsiyyətinin oxunmasına imkanı olmadı. Kral Hüseyn də mənim ehtiram bəslədiyim şəxsiyyət idi. Onun da… ərəb dünyasına möhtəşəm bir vəsiyyəti qaldı… Hafiz Əsədin Suriya camaatı üçün qoyduğu vəsiyyətin şərtlərinə bu gün onun oğlu Bəşər Əsəd əməl edir… Bütün bunlar Şərqdə adətdir. Şərq diplomatiyasının ən böyük adəti, ənənəsi, siyasətçilərin mənsub olduqları xalqa, millətə hörmət və ehtiramıdır… Mən Bakıda mərhum, cənab Heydər Əliyevlə bir neçə dəfə görüşdüm. O, öz xalqına, öz adət-ənənəsinə, mənsub olduğu millətə hörmət və ehtiram bəsləyən layiqli bir şəxs idi…” (Unutmayaq ki, vəsiyyət təkcə rəhmətə gedənin olmur… yaşayanın da, qurub-yaradanın da möhtəşəm vəsiyyəti olur…

Henri Kissincerin açıqlamasında məntiq var. Demək, ümummilli liderimiz H.Əliyevin də mənsub olduğu Azərbaycan xalqına, Azərbaycan millətinə dövlətçiliyimizin möhkəmlənməsi naminə, həyatın inkişafı və çiçəklənməsi naminə ciddi bir proqram sənədi – vəsiyyəti var. Məlumata görə, həm H.Kissincerin başçılıq etdiyi Strateji Araşdırmalar Mərkəzi, həm də Hopkins Tədqiqatlar Mərkəzində ABŞ dövlətinə yardım üçün dünyanın tanınmış liderlərinin vəsiyyətnamələri əsasında xüsusi işgüzar proqramlar, sənədlər işlənib hazırlanır. Fikrimizcə, Azərbaycanda nə baş verirsə, hansı dəyişiklik olursa (istər kadr islahatı olsun, istərsə iqtisadi və yaxud beynəlxalq əlaqələr), dünya nizamından kənara çıxmır. Bu proqram pozularsa, dövlət və siyasət anlayışı əsasında qurulmuş strategiyada simmetriya da pozular. Müxalifətə gəlincə, o artıq Əliyev mexanizmilə iflasa uğradı, bir neçə mərhələdə ifşa olundu. Müxalifət liderlərinin bir qismi artıq öz qazanclarının haqq-hesabları ilə məşğuldurlar. Şirin sözlərlə meydanlara sürüklənmiş xalq isə hələ də gözləyir… O biri tərəfdən də erməni kimi fəndgir və hiyləgər düşmənə qarşı müharibə qan yükü davam edir.

İnsan taleyində “Qan yükü” deyilən ağır bir yük var. Mən bu yükü həmişə içində, damarlarında çəkən kişiləri gördüm. X əsrdə yaşayan filosof Məhəmməd Saleh Əli Yusifi “Qan yükü” kitabında yazır: “Qan yükü çətin bir işdir. Bu yük vətənin və torpağın ən böyük və qüdrətli yüküdür. Gərək bu yükü çəkə biləsən. Sevdiyin, başında durduğun millətin önündə dayanıb, çəkə biləsən. Bax, kişilik odur. Bu yükü çəkmək üçün insanda 7 şey gərəkdir: 1) mənsub olduğun milləti sevmək, onun yer üzündə doğum gününü bayram etmək; 2) insaflı ilə nainsafı ayırmaq; 3) millətin malına haram qatmamaq; 4) əxlaqını, şərəf və ləyaqətini satmamaq; 5) nəfsdən, yalandan, xəyanətdən gen durmaq; 6) İman və inamını əldən verməmək; 7) millətinin, xalqının, ləyaqətli övladlarına dua etmək…”

Bəziləri başçıya edilən hörmət və ehtiramı, sevgini… nökərçiliklə eyni tutur. Bu Şeytani bir yalandır.

Filosofa görə, bütün bunlardan sonra insanın qan yükü təmizlənir, şəffaflanır. Bu yüklə, belə bir yüklə “…Məhəmmədə (s) sarı getmək mümkündür…” – deyən filosof bunu da xatırladır ki, insan üçün nökər kimi yaşamaqdan ağır heç nə yoxdur. Filosof soruşur: “İnsan nə vaxt öldüyünü dərk edir?..” Cavab verir: “Nökərçilik edən və verilən çörəyi itirən insan… mənim üçün ölüdür…”

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: