Türkiyədə tarixdə görünməyən qasırğa gözlənilir

Türkiyədə güclü qasırğa gözlənilir.
Aralıq dənizindən gələn siklon getdikcə güclənir və ölkə ərazisinə sentyabrın 30-da çatacaq.
Meteoroloqlar artıq qasırğaya ad tapıblar – “Medikeyn”.
İlk öncə qasırğanın Yunanıstan ərazisindən keçəcəyi ehtimal olunur. Burada küləyin sürətinin saatda 180 kilometrə çatacağı gözlənilir.  Türkiyə ərazisinə çatan zaman isə küləyin sürətinin 70-120 km/saat-a düşəcəyi bildirilir.
Qasırğanın İzmirdən Antalyayadək sahilyanı əraziləri əhatə edəcəyi söylənilir.
Qeyd olunur ki, Türkiyənin müasir tarixində belə qasırğa olmayıb.(oxu.az)
Share: