Tramp küncə sıxışdırılır: Hindistandan dollar həmləsi

Hindistan ABŞ-ı çətinə salacaq bir addım atıb.

Müstəqil.Az xəbər verir ki, Dehli rəhbərliyi İrandan nefti öz pul vahidi rupi ilə almağa başlayacaq.

Hindistan mediasının bildirdiyinə görə, ABŞ-ın sanksiyalarına qarşı həll yolu olaraq sözügedən addım atılacaq.

Hindistana məxsus neft şirkətləri noyabrdan etibarən İrandan idxal edilən neft ödənişlərini rupi ilə bu ölkənin “United Kommersial Bank” (UCO) və “IDBI Bank”ı üzərindən həyata keçirəcək.

P. Həsənov

Share: