Tovuza yağan güclü yağış evləri su altında qoyub – FOTO

Tovuz rayonuna yağan güclü leysan yağışlar bir sıra fəsadlar törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində bir çox evlərin həyətini və zirzəmisini su basıb.

Sel sularının yeraltı keçidlərə dolması nəticəsində avtomobillərin hərəkəti məhdudlaşıb. Yağış taxıl sahələrinə və təsərrüfata da ciddi ziyan vurub. Hazırda Tovuz şəhərində elektrik enerjisi verilişi dayandırılıb.

Dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Share: