Telefonlarında Ərdoğanın şəklinin olmasını bəhanə gətirdilər..Ailələri girov götürdülər…

Müstəqil.Az bildirir ki,Türkiyədən bayramlaşmaq üçün Suriyaya gedən 17 ailə PKK terror təşkilatının yaraqlıları tərəfindən qaçırılıb.
Terrorçular əvvəlcə onların mobil telefonlarına baxış keçiriblər.
Telefonlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəklinin olması və sosial şəbəkələrdə Ərdoğanla bağlı paylaşımları bəyənmələrini səbəb gətirərək ailələri girov götürüblər. 17 ailənin hazırda harada olması haqda heç bir məlumat verilmir.(azvision.az)

Share: