“Təklik”dən “Savaş sevdası”nacan… – Saqif Qaratorpaq İnqilab İsaqın yaradıcılığı haqqında yazır

 

 

“Təklik”dən “Savaş sevdası”nacan…

Şair İnqilab İsaqın “ Savaş sevdası” kitabı haqqında atüstü qeydlərim

 

Bürkülü bir yay günü qədim Gəncədə təsadüfdənmi,zərurətdənmi görüşdük.Qısaca söhbətimiz tutdu.Ancaq tələsik işi olduğunu bildirib,qəfil gəldiyi kimi qəfil də getdi.Gedəndə bir kitabını

mənə bağışladı.Kitabın adı məni uzaqlara apardı.”İndi elə təkəm ki…”Bir də onu dedi ki,kitab

haqqında fikirlərimi oxuyub ona bildirim.Sonralar elə Gəncədə dəfələrlə görüşdük.Şair yenə hardansa tələm-tələsik gəlirdi,ya da harasa tələsirdi.Düzdü üz-gözündən,asta və usta yerişindən

onun tələsdiyini demək olmazdı,ancaq gözlərinin dərinliyindəki kədər,uzaqlara dikilən baxışlarından bu tələskənliyini hiss etmək olardı.Görəsən şair hara belə tələsirdi?

Gəncəli dostlarla qızğın ədəbi mübahisələrə başımız elə qarışırdı ki,bunu soruşmağa ya macal tapmırdım,ya da İnqilab İsaq tələsik çıxıb gedirdi…

2021-ci ilin başlanğıcında bir  üzüboz qış günü yeni kitabını mənə poçtla göndərmişdi.Üz qabığı

lalələrlə süslənmiş “Savaş sevdası”nı.Kitabı oxuduqca şairin hara tələsdiyini öyrəndim.Daha özündən soruşmağa ehtiyac qalmadı.Sən demə İnqilab İsaq sözlə “savaş”a tələsirmiş,elə sözün xatirinə.Sözü yaşatmaq üçün,sözün “tozunu”silmək üçün.Yurd sevdası üçün,haqq sevdası üçün.

Hardasa suzuzluqdan quruyan bir ağaca ürəyindən su vermək,təklikdən üşüyən bir bənövşə kolunu nəfəsiylə isitmək,unudulmuş bir kənd yolunun yaddaşını ayaq izləriylə oyatmaq üçün tələşirmiş şair.Demə qədərdə bir ömrü sözlə qorumaq varmış:

Hələ qoruyuram sözlə bu ömrü,

Sözlə yaralanır zərif çiçək də.

Bir şair sirrini sözə tapşırmaq da olarmış:

Necə qarışmayım özgə işinə,

Hamı öz sirrini tapşırır sözə.

Gözə görünməyən vaxt sahibiyəm,

Dərinə batdıqca çıxıram üzə…

Bu tənginəfəs dünyada yaşamın əzaba çevrildiyi bir zamanda sözə”ehya” vermək müşkül işdi.

Bu “müşkül”ə ömrün payız yorğunluğu,könül yorunluğu da qarışanda döz görüm, necə dözürsən.

Və bir yandan da “çicək açır hey bir ucdan dərd yazı”, “yolun tənginəfəs yoxuşu bitmir”.Yollar da yorğundu,sən də yorğunsan.”Bütün yalvarışlar ümid bürcünə”di.Buna şükür oxuyursan.

Nə yaxşı ki,

Hələ günəş doğur körpə gözündə,

Sənə də,mənə də bəs eylər odu.

Nə yaxşı ki,

Çiçəklər bahara muştuluqcu tək

Yüyürə-yüyürə çıxarlar tikə.

O əlçim buludun yorunluğu da

Çiynimə söykənib dincəlir bəlkə?

Şair də bir sözə dirsəklənib dincini alır.İllərin yorğunluğu yavaş-yavaş canından çıxır.”Nağıl yolçusu”nun “səfəri uzaqdı”.Hələ yol getməlidi. “ O kənd yuxudadı,yuxusu dərin”di.Onu və xatirələri oyatmaq lazımdı.

Sən demə ömür də bir yuxuymuş-bir gödək yuxu.Bu yuxudan yaddaşda nə qalıbsa,onu misra-misra köçürmək elə də asan deyilmiş.

 

Zərifliyin yuxusu

Tikanla boy-boyadır.

Və çoxunun

Baharın göz yaşından

Yoxdu,xəbəri yoxdu.

Şairin “çiçək baxışının soyuqluğunda” bir gözəl üşüyür.

Və payızdı…ömrün payızı…

Yarpaqlar uçunur,yarpaqlar uçur,

Yazacan uzandı deyən görüşlər.

“Xəzəlllər çiçək mövsümündən küsüblər”,” Əlini çiynimə endirir payız”…dost kimi ərkyana.

Çığırlar örpəkdə,soyuq kədərdə,

Daha xatirə də qalıb əlacsız.

Baharın bənöşə yuxularında

Aldanar payıza nədən sevən qız…

Şair özü də aldanıb,nə vaxtsa bitəcək bir nağıla aldanıb,nağıl da bir yuxudu.Oyansan bitəsidi.

Dünya məhvərindən qopa bilər,ümidlər solub gedər…bu nağılı bir ömür uzatmaq asan olmasa da,

sirli bir nağıl içində yaşamaq və yaşatmaq xoşdu,gözəldi… İstər bu nağıl gerçək olsun,istər bir könülün uydurduğu olsun…fərq etməz.Çünki “ipək yuxu”larda mərhəm bir nəfəs səni gözləməkdədi.

Sən ipək yuxuların qırçın

Bir udum mehin həsrətindəki bulud.

Xəbərin varmı ömrünü

Uzadan yağışdan?

Unut,çətirsiz günləri…

Ömrün çətirsiz günlərinə şeir-şeir çətir tutur şair.”Yuxularda Məcnun olub”,” bir sevdanı gözləyir”…

Sən bəyaz yuxularda,

Yuxuları yosun dəniz.

Gecələrim yuxusuzdu,

Həsrətimi yorsun dəniz,deyə gümüldənir. “ Bir gecənin nağılını” ulduzlara oxuyur.

Bu gümültüdə “pəncərəsi çiliklnmiş bir bayatı”hıçqırır.Bir gözəlin”xəsis təbəssümündən”

“özünə dünya qurur”şair.”Dərdə sərxoş olmağa öyrədir” “Ağ,qara yaşın yuxusunu yozur”…

Anladır və anlayır ki,

Nə söz mənimkidi,nə tikdiyim ev,

Hələ yaşayıram kirayə ömrü.

Sən demə

Çək-cevir puç imiş,hardan biləydim,

Sözlə barışığa kim gəlibdi,kim?

Sən demə

Uzaqdayam,lap uzaqda

Lap gözünün içində.

Çox heyif,ayrılığın

Köçü payız köçündə.

 

 

Durub hansı tufanda

Özünü gözləsin qış?

Sən demə gerçək imiş

Fəsil-fəsil aldanış…

Sən demə ömür yuxuşmuş,kimsə yuxularda bir nağıl pıçıldayırmış…Şairin nağıla dönən

illəri də bu yuxunu yozmağa,köçürməyə,bənd-bənd,misra-misra hörməyə xərçlənirmiş.

“Vərəqlər üstündə gecələyir söz…” Və şair yuxusunu ayağından asıb bu SÖZün keşiyində

bir ömür oyaq qalmalıymış,anadil quşu kimi…

 

Saqif Qaratorpaq

Köçəsgər.14.02.2021-ci il.

 

Müstəqil.Az

Share: