Təhlükəsizlik Şurasının katibi Kremlin mövqeyini açıqladı – Dağlıq Qarabağ

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və mərhələli həllinə sadiqdir”.

Müstəqil.Az xəbər verir ki, bunu Nikolay Patruşev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.

“Görüşdə regionda sabitliyin tərəfdarı olan Rusiyanın Dağlıq Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla sülh yolu və mərhələli həllinə dair mövqeyi bir daha təsdiqlənib”, – Rusiya Təhlükəsizlik Şurasının bəyanatında qeyd edilib.

Müstəqil.Az

Share: