Sovet Azərbaycanında din: Allahla KGB arasında -Cəmil Həsənli yazdı

Sovet Azərbaycanında din: Allahla KGB arasında -Cəmil Həsənli yazdı

Üçüncü yazı

Əvvəli burda
(https://www.mustaqil.az/sovet-az%c9%99rbaycaninda-din-allahla-kgb-arasinda/)

Milli Şura sədri Cəmil Həsənli "Məhsul" stadionunda təşkil ...

Cəmil Həsənli

“Yasin surəsi” əməliyyatı ilə bağlı KGB hər şeyi sənədləşdirmişdi. 1959-cu ilin dekabr ayının 26-da keçirilən “uğurlu” əməliyyat haqqında 1960-cı ilin yanvar ayının ilk günlərində Mərkəzi Komitəyə və SSRİ KGB-nə geniş məlumatlar göndərilmişdi.

Bir mətn şəkili ola bilər
Əməliyyat zamanı “Yasin surəsi”nin nəşri, yayılması və satışı ilə bağlı hadisə yerlərindən çəkilən şəkillər bu məlumatlara əlavə edilmişdi. Eyni zamanda bu əməliyyata Azərbaycan KGB-nin 1959-cu il üçün hazırlanan illik hesabatında da geniş yer verilmişdi.
Əslində Azərbaycan KGB-nin 1959-cu ilin may ayının 30-da keçirdiyi respublika müşavirəsi də dindən yan keçməmişdi. Müşavirənin işində respublikanın birinci katibi İmam Mustafayevlə yanaşı SSRİ DTK-sı sədrinin müavini, general-mayor Pyotr Qriqoryev də iştirak edirdi. Orada geniş məruzə ilə çıxış edən Fyodor Kopılov SSRİ KGB-nin az əvvəl Moskvada keçirilən ümumittifaq müşavirəsinin yekunları və Azərbaycanda vəziyyət mövzusunda məruzə etmişdi.
O, qeyd etmişdi ki, son 2-3 ildə respublikada müsəlman ruhanilərin fəallığı xeyli artmışdır. Müsəlman ruhanilərinin daha mürtəce hissəsinin “düşmən fəaliyyətinin” qarşısını almaq üçün Kopılov dini dairələr içərisində agentura-əməliyyat işlərinin gücləndirildiyini bildirirdi.
Öz məruzəsində Kopılov Kirovabad şəhərində qeyri-leqal dini fəaliyyətlə məşğul olan Molla Fəti Fətiyevin KGB tərəfindən həbs edildiyin və 10 il azadlıqdan məhrum edildiyin bildirdi. O, iranlı demokratlardan idi. KGB-nin “tövsiyəsi” ilə Fətiyevin fəaliyyəti haqqında broşura cap edilib məscidlərə, hətta Azərbaycandan kənarda olan məscidlərə göndərilmişdi, onun əleyhinə qəzetlərdə məqalələr verilmişdi. KGB-nin sifarişi ilə Azərbaycan kinostudiyası Molla Fəti Fətiyev haqqında “ifşaedici” film hazırlamışdı. Eyni zamanda o, stilyaqaçılara qarşı mübarizənin zəruri olduğunu bildirdi.
Bir kənarı qopardılan talon və mətn şəkili ola bilər
Müşavirədə çıxış edən KGB-nin idarə rəisləri həbs edilmiş Molla Fəti Fətiyevin də məsələsinə aydınlıq gətirdilər. Onlar qeyd etdilər ki, Kirovabad şəhər KGB-si agentura məlumatları əsasında müəyyən etmişdi ki, Molla Fəti iranlı demokratların arasında təbliğat işləri aparır və onları İrana qayıtmağa çağırır. Əslində dini fəaliyyət adı altında Molla Fəti Fətiyevə 10 il həbs cəzası verilməsi onun Cənublu demokratları İrana qayıtmağa təşviq etməsi ilə bağlı idi.
Bir telefon, palto və mətn şəkili ola bilər
Lakin bütün bunlara baxmayaraq 50-ci illərin ikinci yarısında başlanan liberal islahatlar respublikada dinin güclənməsi ilə müşayiət olunurdu. 1959-cu ilin yayında respublikada yeni rəhbərlik formalaşdıqdan sonra həmin ilin oktyabrında Zaqafqaziya müsəlmanları ruhani idarəsinin V qurultayı keçirildi. İdarənin qurultayda seçilən ali şurasının 7 üzvündən 4 şiə, 3-ü isə sünni dindarların nümayəndələri idi.
Şiə təriqətin təmsil edənlər ruhani idarənin rəisi Şeyxülislam Mirmöhsün Həkimzadə, “Təzə pir” məscidinin Axundu Molla Əliağa Süleymanzadə, Maştağa məscidinin Axundu Mir Əbdül
Xalıq Mir Əbdül Baqizadə, Bakıdan olan din xadimi Hacı Şıxəli Yaxşıbəyov, sünni təriqətini təmsil edənlər isə Zaqafqaziya müsəlmanları ruhani idarəsi sədrinin müavini müfti Şərif Əfəndi Vəlizadə, Batumi məscidinin imamı Həsən Əfəndi Tarieladze, Tbilisi məscidinin imamı Nurulla Əfəndi Bekyaşevdən ibarət idi.
Zaqafqaziya müsəlmanları ruhani idarəsinin bu nisbətdə formalaşdırılması Azərbaycanda və qonşu Zaqafqaziya respublikalarında məzhəb etiqadının nisbətindən irəli gəlirdi. Respublika Nazirlər Soveti yanında Dini İşlər Müvəkkilliyinin araşdırmalarına görə 60-cı illərin ortalarında Azərbaycanın şərq, cənub və qərb rayonlarında məskunlaşmış müsəlman əhalinin təxminən beşdə üçünü şiə məzhəbinə itaət edənlər təşkil edirdi.
Sünni məzhəbinə itaət edənlər isə əsasən Dağıstan MSSR sərhədlərdə yerləşən şimal rayonlarında məskunlaşmışdılar. Dini İşlər Müvəkkilliyinin məlumatına görə respublikanın qərb rayonlarında dindarlığın səviyyəsi aşağı idi və ümumiyyətlə, Qazax, Tovuz, Şamxor, Gədəbəy, Xanlar və Qasım İsmayılov rayonlarında nə dövlət qeydiyyatına alınmış, nə də alınmamış məscid yox idi.
Sənəddə respublikanın cənub rayonlarda dindarlığın səviyyəsinin yüksək olduğu bildirilir, belə vəziyyət İranın təsiri ilə izah edilir və göstərilirdi ki, Masallı, Lənkəran və Ordubad kimi cənub rayonları həm keçmişdə, həm də hazırda molla, mərsiyəxan və rozaxanlar hazırlayan əsas mərkəzlərdir. Bununla belə, sənəddə qeyd edilirdi ki, şiələrlə müqayisədə sünni əhali arasında dini ayinlərin icra olunması daha yüksəkdir və Balakən, Zaqatala, Nuxa sünni məscidlərində, Göyçay, Xaçmaz məscidlərində və Bakının qarışıq “Əjdərbəy” məscidində ibadət edənlərin sayı şiə məscidlərində ibadət edənlərin sayından böyükdür.
Müvəkkilliyin müşahidələrinə görə respublikada dindarların 80-90 faizi 50 yaşından yuxarı olan adamlar idi və onların 60 faizini qadınlar təşkil edirdi. Eyni zamanda məhərrəmlik mərasimində, xüsusi ilə Aşura günlərində məscidlərə gələnlərin əksəriyyətini qadınlar təşkil edirdi. Arayışda ziyalıların dini ayinlərdən uzaq olduğu göstərilirdi və “Təzə pir” məscidində ibadət edənlərin içərisində yalnız bir həkimin və bir neftçi mühəndisin olduğu göstərilirdi və hər ikisinin yaşının 70-dən yuxarı olduğu qeyd edilirdi (Bax: Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər Üzrə Müvəkkil Musa Şəmsəddinskinin “Əhalinin dindarlığının xarakteristikası” haqqında arayışı).
Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayından sonra dini ayinlərin icrası bir qədər sərbəstləşmiş, ümumilikdə dini ayinlərə maraq artmışdı. Vəli Axundov respublikada dinə marağın artmasını ziyalıların ateizm təbliğatında passiv iştirakı ilə izah edirdi. Uzun illərin qadağasından sonra bir sıra rayonlarda və Bakı kəndlərində məhərrəmlik mərasimləri açıq qeyd edilməyə başlamışdı. Hətta bəzi yerlərdə Aşura günü keçirilən dini mərasimlərə 5 minə qədər adam toplaşırdı. Belə hallar özünü daha çox Naxçıvan, Noraşen, Ordubad, Culfa rayonlarının yaşayış məntəqələrində və Bakı kəndlərində göstərirdi. 1962-ci ilin Aşura mərasimlərində özünə xəsarət yetirən, başını yaran insanlar içərisində kommunistlər və komsomolçuların da olduğu qeydə alınmışdı.
1962-ci ilin mayında məhərrəmlik təziyəsindən əvvəl Zaqafqaziya müsəlmanları ruhani idarəsi “məhərrəmül həram təziyəsinin” aparılması haqqında məsələni müzakirə edib məscidlərin axund, rozaxan və icraiyyə orqanlarına göstərişlər vermişdi. Orada göstərilirdi ki, “məhərrəm, yəni İmam Hüseyn Əleyhissəlamın şəhadəti təziyəsinin yalnız məscid binasının daxilində, bu məsələyə layiq, sakit və mədəni şəraitdə, dini və dövlət qanunlarını pozmadan aparmaq, dindarlar tərəfindən baş yaramaq, zəncir vurmaq, çılpaq sinə vurmaq kimi adətlərə yol verməmək…, məscidlərin rəsmi ruhani xadimi olmayan şəxsləri məsciddə və başqa yerlərdə ruhani vəzifəsini aparmağa, roza oxumağa icazə verməmək…, məscidlərdə böyük nəzir verməyə dindarları vadar etməmək və onları mültəfit etmək lazımdır ki, böylə nəzirlərin verilməsi məcburi deyil, matəm günlərində və qeyri günlərdə uşaqların, məktəblilərin və gənclərin məscidə buraxılmasına yol verməmək” lazımdır.
Bir ‎kağız üzərində surət, kənarı qopardılan talon və ‎bunu deyən yazı "‎بة بلت קיה ရသန်, GUE. とむい 3151 W Vll 195 Сов.секретно Co2.CoNpoRa08 секре экз.единственНЫЙ 08 ЭкЗ ПРОТОКОл שו (стенограмма) еспубликанского совещан ИЯ руководящего и оде- ативного состава К Комитета государственной езодасности при Совате Министров Азербайцханской от 30-ro мая 1959 года Прецседатель Комитета государственной безопас- 1ОСТИ при COBETe министров авероайдкенской CCP КОПЫЛОВ .I.: Товарищи! Ha данном совещаний органов государст- тенной безопасност Республики при присутствуют руководя- и оперативный состав аппарата Комитета ,периферий- Й- и..корганов КГБ, кГБ,Особых отд елов Управления Погранич- 'войек КТБ ABenda‎"‎‎ şəkili ola bilər
1945-1946-cı illərin Güney Azərbaycan hadisələrindən sonra İranla sərhədlər qapalı olsa da, İranın dini və siyasi dairələri bütün mümkün vasitələrlə Azərbaycanda şiəliyi gücləndirməyə çalışırdılar. 60-cı illərin yumşalması zəminində İrandan gələn müxtəlif nümayəndə heyətlərinin təbliğatında və rəsmi yazışmalarda bu açıq-aydın hiss edilirdi. Onlar məzhəb təəssübkeşliyi zəminində Azərbaycanı İranın dini-ideoloji nəzarətində saxlamağa cəhd göstərirdilər.
İmam Əlinin mövludu ilə bağlı İranın Moskvadakı səfiri Şeyxülislam Mirmöhsün Həkimzadəyə göndərdiyi təbrik teleqramında deyilirdi: “Hörmətli islam və xalqların sığınacağı Şeyxülislam Şeyx Möhsün Həkimzadə həzrətlərinə. Dindarların ağası və şiələrin rəhbəri Əli Əleyhüssəlamın təvəllüdü bayramınızı Sizin müqəddəs olan hüzurunuzda təbrik edirəm, Cənabınızın səlamətliyini, ömür və izzətinizin daimi olmasını həmişə arzu edirəm”…
Ardı var
Share: