Somalidə ABŞ-ın hərbiçi həlak oldu: 4 yaralı

Somalidə keçirilən əməliyyat zamanı ABŞ-ın 1 hərbi qulluqçusu həlak olub, 4-ü yaralanıb.

Müstəqil.az TASS-a istinadən xəbər verir ki, bu barədə CNN-ə Pentaqon nümayəndəsi xəbər verib.

Teleşirkət qeyd edib ki, Somali ərazisində 500 ABŞ hərbi qulluqçusu var. Onlar yerli qruplaşmalarla birlikdə hərbi hazırlıq keçir və “Əş Şabab” terror qruplaşması əleyhinə əməliyyatlar aparırlar.

CNN xatırladıb ki, 2017-ci ilin yayında da Somalidə ABŞ-ın Hərbi Dəniz Qüvvələri SEAL-ın elit dəstəsinin 1 döyüşçüsü həlak olub.

Share: