Somali Prezidentinin oğlu Türkiyəyə ekstradisiya oluna bilər

Somali Prezidentinin oğlu Türkiyəyə ekstradisiya oluna bilər

Somali Prezidentinin oğlu Türkiyəyə ekstradisiya oluna bilər

Somali prezidentinin oğlunun Türkiyəyə ekstradisiyası müzakirə olunur.

“TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Nazir qeyd edib ki, Türkiyə vətəndaşlarının hüquqları prioritetdir:

“Onların hüquqlarını müdafiə etmək bizim borcumuzdur”.

Tunçun sözlərinə görə Somalidən olan həmkarı ilə görüşüb, yaxın zamanda məhkəmə prosesi başlayacaq:

“Müttəhimin Türkiyəyə gətirilərək mühakimə olunması mümkündür”.

Xatırladaq ki, Somali prezidentinin oğlu Məhəmməd Həsən Seyx Mahmud 30 noyabrda İstanbul şəhərində avtomobili ilə hərəkət edən zaman motosikletlə toqquşub. Nəticədə 38 yaşlı motosiklet sürücüsü həyatını itirib. Bunun ardınca Məhəmməd Həsən Şeyx Mahmudun Türkiyədən qaçması iddia edilib, lakin atası oğlunun vacib görüşlərlə əlaqədar Somaliyə qayıtmalı olduğunu bildirib.

Share: