“Sınıq körpüdə”əməliyyat…Qadının çantasından nələr çıxdı…

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Smiths detektion Heimann X-ray” yük yoxlama cihazı ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: