Seyfulla ƏLİYEV: Gəmi körpüyə yan alan anda ermənilər hay-həşir qopmağa başladılar

Məlum olduğu kimi, 1990-cı ilin qanlı 20 yanvar hadisələri Azərbaycan xalqının özünü müstəqilliyini əldə etmək üçün etdiyi mücadilənin ən parlaq səhifəsidir. Çox da uzaq olmayan tariximizin bu dönəmində cəsur dənizçilərimizin – Xəzər Dəniz Neft Dononmasının dənizçilərinin göstərdiyi misilsiz qəhrəmanlıq, bu şanlı tarixin ən oxunaqlı, yadda qalan, gələcək nəsillərə örnək ola biləcək bir səhifəsidir. Hadisəlr zamanı “Şirvan” gəmisinin elektrik mexanniki olan şair-publisist, AYB-nin üzvü, Prezident təqaüdçüsi, hazırda XDND də gəmi kapitanı olan Faiq Balabəyli o hadisələri özündə əks etdirən yeni bir kitabını “Bakı buxtası-20 yanvar” kitabını  bitirmək üzrədir.

Xatırladaq ki, Faiq Balabəyli 20 yanvar faciəsi zamanı hadisələri özündə əks etdirən çoxlu sayda məqalələrin, hadisə iştirakçəlarından götürülən müsahibələrin, xatirələrinin və “Kəsilməyən həyacan fiti”, “Dəryada gəmim qaldı” kitablarının müəllifidr.
Müstəqil.Az-ın  oxucularına təqdim etdiyimiz bu yazı 20 yanvar hadisələri zamanı “Babazadə” gəmisində kapitanın 3-cü köməkçisi vəzifəsində çalışan, hazırda gəmi kapitanı olan təcrübəli dənizçi Seyfulla Əliyevin o günlərlə bağlı xatirəsidir.

Müstəqil.Az

 

  KAPİTANIN İYİRMİ YANVAR XATİRƏLƏRİ

20 yanvar hadisələrinin belə bir dəhşətli qırğınlarla nəticələnəcəyini bəlkə də heç kim təsəvvürünə gətirmirdi. Çünki o zamanlar Sovet idealogiyası beyinlərə elə yeridilmişdi ki, insanların çoxu Sovet birliyinin (əslində Rusiya imperiyasının ) humanist qərarlar qəbul edəcəyinə inanırdı. Lakin bizim təsəvvür etmədiyimiz məqamlardan biri də Sovet İttifaqı adı altinda gizlənən rus şovinist hökumətinin məkrli siyasəti idi. Azərbaycanın Sovet İttifaqının tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma hazır olan Moskva rəhbərliyi  Azərbaycan  xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Sovet rəhbərliyinin belə iyrənc, məkr və qorxu dolu əməlləri ilk dəfə deyildi. 1960-cı illərdə Azərbaycanın Sumqayıt şəhərində müstəqilliyı qovuşmaq üçün baş qaldıran yerli əhali susdurulmuş, günahsız qanlar tökülmüşdü. Qazaxıstanın paytaxtı Almaata hadisələri, sonradan yenə azadlıq istəyən insanları məhv etmək üçün DTK-nın əli ilə erməni məkrini işə salaraq Sumqayıt faciəsi, 1990-cı ilin Bakı qırğının ardınca Gürcüstanın paytaxtı Tiflis, Pribaltika Respublikarı və sair. SSRİ yarandəğı tarixdən neçə dəfə idi ki,  sovet şəhərlərinə – öz şəhərlərinə, əslində isə özünün olmayan şəhərlərə qoşun yeridirdi.

1990-cı ilin qandı yanvar hadisələri zamanı belə bir hücumun dənizdən olacağı gözlənilsə də bunu etmədilər, çünki məkrli düşmən bilirdi ki, Azərbaycandakı Sovet Hərbi Donanması bilavasitə rusların rəbərliyi ilə idarə olunur və istədiyi əməliyyatları dənizdən həyata keçirə biləcəklər. Amma yanıldıqlarını sonradan özləri də etiraf etdilər. Onlar Azərbaycan xalıqının iradəsini, mülkü gəmilərimizin etira aksiyasını nəzərə almamışdılar.

O vaxtdan artıq 30 il keçib. Hər şeyi olduğu kimi yada salmaq qeyri mümkündür. Amma bəzi məqamlar var ki, onu yaddaşlardan silmək də qeyri mümkündür. Qanlı Yanvar hadisələrinə qədər, yanılmıramsa 10-18.01.20 tarixlər arası ermənilərin Bakıdan  Türkmənistanın Krasnavodsk ( Bu şəhər sonradan Türkmənbaşı adlanacaq- Red.) şəhərinə daşınmasında o zamanlar işlədiyim “Baba-zadə” sərnişin gəmisi də iştirak etdi və dəniz vağzalından 500-ə yaxın ermənini gəmiyə qəbul edib yola düşdük. Yolçuluq ərzində insani münasibətlərimizi  göstərərək ermənilərin bütün istədiklərini(su, isti yemək, adyal və s.) verirdik.

Ermənilər özlərini çox sakit aparırdılar. Krasnavodsk limanına çatanda gözlərimizə inanmadıq. Limanda o qədər İlk tibbi yardım maşınları, jurnalist və operatorlar, fotoqraflar var idi ki, sayrışan işıqlar göz qamaşdırırdı. İlk öncə heç nə anlamadım, axı bizim gəmidə xəstə yox idi, bu qədər ilk tibbi yardım maşınları nəyə lazım idi? Gəmi körpüyə tam yan alandan sonra gəmi trapının verilməsiynən eyni anda ermənilər haray-həşir qopmağa və üz-gözlərini cırmağa başladılar. Sanki bunları yol boyu kəsib-doğrayırmışlar. Gözlərimə inana bilmirdim, axı yol boyu sakit-sakit bizdən su, yemək və isinmək üçün adyal istəyən insanlar niyə belə etsin? Axı biz bunların bütün istəklərini yerinə yetirmişdik, təhlükəsizliyini təmin etmişdik. Sonradan anladım ki, bu da  mənfur erməni millətinin içlərində gizləyib saxladıqları  hiyləgər siyasət imiş. Ermənilərin belə artistliklə gəmini tərk etmələri sahildən videolentlərə alınırdı. Məlum idi ki, onlara Bakıda olduqları zaman bu tapşırıqlar verilmişdi.

20 Yanvar hadisələrində mən də bir çox dənizçilər kimi gəmidəydim və kapitanın 3-cü köməkçisi kimi üzərimə düşən vəzifələri görürdüm. Qanlı Yanvar gününə qədər demək olar hər gün səhər Azadlıq meydanına mitinqlərə gedib, axşamlar gəmiyə qayıdırdıq. Bizim gəminin işi az olduğundan çox vaxt sahildə olurduq. Allah rəhmət eləsin vətənpərvər insan və peşəkar kapitan Müzəffər müəllimə.

Yanvarın 19-dan 20-nə keçən gecə bizim  gəmi Liman-baza körpüsündə dayanmışdı. Gecə şəhərdə atışma səsləri eşidilirdi. Ara -sıra göydə sayrışan güllələr görmək olurdu.Televiziya verlişlərinin kəsilməsindən sonra xəbər gəldi ki,  Sovet ordusu teleötürücü stansiyanı tutub və şəhəri gülləbaran etməkdədilər. Demək olar ki, həmin gecəni heç kim yatmadı və səhər uşaqlardan xəbər gəldi ki,  Ağalar müəllimin (Ağalarc İbrahimov – Red.) rəhbərliyi ilə Liman -bazadan Parlament binasına yürüş olacaq. Mən də öz növbəmdə komandir Müzəffər müəllimdən icazə alıb yürüş iştirakçılarına qoşuldum və təxminən 30-40 nəfərlə piyada Fəhlə prospektiynən şəhərə doğru irəliləməyə bvaşladıq. Saat neçədə gəlib parlamentin binasına çatmağımız dəqiq yadımda deyiil, amma yol boyu bizə qoşulan insanların şoxluğunu, izdihamlı yürüşün baş tutduğunub əminliklə deyə bilərəm.  Hardasa Bakı Soveti metrosu yaxınlığında üstümüzə BTR markalı zrehli maşın hərəkət etdi. BTR-in üstündəki saqqallı və cəllad sifətli başı bretlilərdən bilinirdi ki, bunlar xüsusi təyinatlılardır və məqsədləri heç də şəhərdə asayişi bərpa etmək deyil, başqadır. Yadıma gəlir ki, Ağalar müəllim heç kimin yoldan çıxmamasını tapşırdı və özü də ilk sırada uşaqlarla qol-qola girərək BTR-in qarşısından çəkilmədilər. Əli yalın vətandaşların zirehli insanlara qarşı bu dayanışı, ölümün gözünə dik baxması əlbəttə ki qürurverici mənzərə idi. İnsanların izdihamlı yürüşü olmasaydı və ya bu hadisə havanın qaranlıq vaxtına,  gecəyə təsadüf etsəydi inanıram ki, rus hərbiçiləri gözlərini qırpmadan zirehli maşınlarla üstümüzdən keçərdilər. Əlbətdə ki, bu dirəniş çox davam edə bilməzdi və biz missiyamızı davam etdirməli idik və bir neçə dəqiqədən sonra yolun kənarına çəkilib  yürüşə davam etdik.Parlamentin qarşısına çatanda artıq minlərlə insan binanın  qarşısına yığışmışdı və işğalçı rejimə qarşı öz etirazlarını bildirirdilər. İnsanlar çox həyacanlı idilər və bəzən yaxınlıqda olan binaların üstündən hər hansı bir təxribatın baş verəcəyini gözləyirdilər və sərvaxt olmaq üçün, ehtiyatlı olmaq üçün bir-birlərinə xəbərdarlıqlar da edilirdi. Əlbətdə ki, qanlı gecənin səhəri günü insanların heç nədən qorxmadan bir yerə toplaşmasını işğalçı rejim həzm edə bilmirdi.

Bir müddətdən sonra şəhərdə törədilən qırğından sonra yaralılar üçün qan lazım olduğu haqqında elanı eşitdim. Qan vermək istəyənlərin avtobuslara minməsi xahiş olundu. Təbii ki məndə öz qanımla bu hadisələrin iştirakı zamanı yaralanan isanlarımıza qan vermək istədim və maşına mindim. Çox sayda adam qan vermək üçün getmək istəyiridi, avtobuslarda ayaq üstə dayanmağa güclə yer tapılırdı. Bizi Semaşko xəstəxanasına gətirdilər və artıq orda da minlərlə insan qan vermək üçün toplanmışdı. Bir neçə saat keçəndən sonra ağ xalatlı həkim qapıya çıxıb qan götürmək üçün şprislərin bitdiyini söylədi və sabah gəlin, dedi. Ordan kor-peşiman gəmiyə qayıtmaq üçün piyada dəniz vağzalına getməyə başladım. Çünki bizə demişdilər ki, gəmilər buxtada olacaq və gəmiyə düşmək S.Orucov gəmisinin bortunda dayanan kiçik ölçülü gəmilərlə mümkün olacaq.

Artıq hava qaralmağa doğru gedirdi, həm də çox soyuq idi. Yol boyu qan izləri və donmuş qan gölməçələri görəndə həmin gecənin nələr baş verdiyini düşünmək belə insanda vahimə yaradırdı, yəni doğurdanmı insanlar bu qədər vəhşiləşib? Yolda və binaların qarşılarında hərbiçilər 3-5 nəfərlik xırda dəstələrlə dayanmışdılar. Yol boyu onlardan yayınmaq üçün binalrın arasi ilə keçib gedirdim. Nəhayət gecənin qaranlığında dəniz vağzalına çatıb gəmiyə düşə bildim. Növbəti gün gəmilərin yandırılması üçün hazır vəziyyətə gətirilməsi məlumatını aldıq. Gəmini tərk etmək üçün təlimlərə başladıq.

Həmin gecə buxtadan çıxan 2 və ya 3 ədəd hərbi gəmilərin nə daşınmasını məsafədən projektorlarla yoxlamaq üçün dənizçilərimizin qərərgahı kimi fəaliyyətə başlayan “S.Orucov”  gəmisindən tapşırıq aldıq. Alınan tapşırıq  şəhidlərimizin meyidlərinin dənizdə batıraraq izlərinin itirilməsinin qarşısının alınması idi. Hərbiçilər gəmilərlə ailələrinin Rusiyaya aparmalarını iddia etsələr də sonda yoxlmanın aparilması üçün icazə vermişdilər. Biz buxtanın çıxışında həmin gəmilərin yoxlamaq üçün dayanmasını tələb etdikdə “Nargin” (indiki “Böyük Zirə) adasının arxasından bir başa üstümüzə başqa bir hərbi gəminin gəlməsini müşahidə etdik və həmin gəmi bizim başımızın üstündən atəş açmağa başladı. Kapitan Müzəffər müəllim gəminin geriyə döndərilməsinə əmr verdi. Çünki buxtanı tərk edən gəmiləri izləmək mənasız idi. Həm hərbi gəmilərin sürəti yüksək idi, həm də bizi güllə-baran edib batıra bilərdilər.

Bundan sonra yenidən lövbərə dayanaraq bizə tapşırılan nöqtədə yerimizi tutduq.

Yadımda daha maraqlı bir fakt qalıb ki, o zaman gəmilərin bir biri ilə əlaqə saxladığı ən çox VHF radio rabitə kanalıydı ki, bu kanalda baş verənlərin hamısına (sapı özümüzdən olan baltalar) hərbiçilər qulaq asır və bizim hərəkətlərimiz barədə rus generallarına məlumat ötürürdülər. Lakin rabitədə kimsə(adını unutmuşam) təklif verdi ki, gəmidə talış uşaqlardan kapitan körpüsünə çağırılsın və mühüm məlumatlar talış dilində ötürülsün.O zaman da, elə indi də demək olar ki, hər gəmidə talış uşaqları var idi. O vaxtdan o “haft-haft” sözü yadımda qalıb ki bu da 77-ci rabitə kanalı idi və bu kanalda məlumatlar ötürülürdü.

Növbəti günlərdə də qan vermək və mitinqlərdə iştirak üçün hər gün sahilə çıxıb və axşamlar gəmiyə dönürdük. Bu günlərdə hamının məqsədi bir idi, bu vətən üçün nəsə etmək. Başqa bir düşüncə yox idi və hamı ölümün gözünə dik baxırdı.

Yanvarın 24- Bakı buxtasında da fövqaladə vəziyyət elan olundu. Bununla əlaqədar kapitanlar şurasının qərarı ilə gəmilər buxtadan çəkilib, özlərinin yeni dilokasiya olduqları yerlərdə, körpülərdə dayanaraq etiraz aksiyalarını davam etdirmək üçün dağlışmağa başladılar. Lakin hərbiçilər verilən vaxtı gözləmədən gəmiləriizə desantlar düşürdülər və gəmilərdə yoxlamalar başlandı. Biz də öz növbəmizdə Liman-bazaya gəlib körpüyə yan aldıq. Nələrin baş verəcəyini kapitanlar daha yaxşı bilirdi və kapitan Müzəffər müəllim mənə gəmi jurnalınin son 4 vərəqini cırıb yenidən yazmağı tapşırdı. Çünki həmin günlərdə gəmi qara bayraq qaldırdığına görə və səbəbləri aydın şəkildə yazılmışdı. Mən tez komandirin tapşırıqlarını əməl etdim. Bir neçə saatdan sonra gəmiyə donanmanın hərbiçiləri girdilər və otaqda hər şeyi çək-çevir etməyə başladılar.Hər kəsə öz otağında qalmaq tapşırılmışdı. Bir-iki saatdan sonra gəmini tərk edib getdilər. Kapitan Müzəffər müəllimin böyük səriştəliyi nəticəsində heyət üzvlərindən heç kimi tutuqlaya bilmədilər.

Həmin Qanlı Yanvar günləri xalqımızın, o cümlədən xüsusən də cəsur dənizçilərin bir qəhramanlıq səlnaməsiydi. Allah 20 Yanvar şəhidlərinə və o səlnamənin rəhmətə getmiş iştirakçılarına qəni-qəni rəhmət eləsin. Həmin hadisələri bu gün də qəlbində yaşadıb köks ötürən canlı şahidlərinə isə Allahdan can sağlığı və uzun ömür arzulayıram. Həmin qanlı-qadalı günlərdə vətənimizin,xalqımızın azadlığı üçün zərrə qədər əməyi olan hər bir kəs qəhrəmandır.

 

 

 

 

Share: