Salamat qalın, ÖLÜLƏR!

Qəti qərara gəldim: bu gündən sonra heç bir halda Azərbaycan iqtidarından heç kimi tənqid etməyəcəm, Azərbaycan müxalifətindən heç bir nəinki partiya liderinə, heç özək rəhbərinə belə heç bir halda güldən ağır söz ünvanlamayacam, burada statuslarda vulqar ifadələr işlətməyəcəm (bu status istisnadır), siqareti mütləq və mütləq tərgidəcəm (düzdür, bilirəm ki, atan kimi öləcəm, amma atacam!) və s. və s.
Niyə?
Əvvəla, bu iqtidar tənqidlə düzələn deyil! İkincisi də day söz qalmadı bu iqtidarın üzünə dedik. Məscidin qapısı açıqdı, açıqdı, itin həyasına nə gəlib? Gopa basmaqla deyil ki, rejim, diktatura. İlham Əliyevdən olmayıb, yoxdur, olmayacaq da: kim ha tərəfə yozur yozsun – yeri var! Amma və lakin… bu qədər də olmaz da! Ağzımıza, ağlımıza gələni yazırıq, deyirik, aradabir 2-3 nəfər tutulur (olsun lap 168 siyasi və vicdan məhbusu), öldürmür, zorlamır, sürgün eləmir. Olmadı ki!!!
ÜSTƏLİK DƏ bizim bu iqtidarı tənqid etməyimiz nəyə oxşayır, deyim?
Sərxan Kərəmoğlu var e, hələ bakirə qız… bağışlayın, oğlan olan vaxtları dostluq edirdim – 1998-2000-ci illərdə. O qədər yaxşı uşaq idi, evinə belə adamı aparıb yemək yedizdirib, cibinə pul qoyub yola salırdı. Ancaq artist olduğundan, artistiliyindən də qalmırdı, əsəbləşdirirdi. Hirslənib deyirdim ki, Sərxan, səni tutub s…evəcəm!
Bir belə, on belə, onbeş belə. Hər dəfə gülsə də, axırda qayıtdı ki, ay Aydın, sən də elə deyirsən e, eləmirsən axı?
Bizim bu iqtidardan tənqid yazmağımız da elə həylə!
Bildiniz də nə deyirəm?
İqtidar da gülür, ürəyində deyir ki, ay impotentlər, ay impotentlər, deyirsiniz eləmirsiniz axı (bəlkə ayrı cür də deyirlər (məsələn: s…evdirin ə! sizdə o qeyrət hardan? və s. və s.), ta mən Sərxana deməyimdən və Sərxanın dediyindən artığını bilmirəm, deməmişəm, cavab verən olmayıb)?
Əvəzində iqtidar bizə dediklərimizin qarşılığında nə cavab verir?
… O günü oturmuşam, ofisin pəncərəsindən baxıram meydançaya. Görürəm ki (tərslikdən telefonumda şarj sıfır və şəbəkəyə taxılı, kameraya çəkməkdən məhrum oldum): həyətdəki qapqara pişik siçanı tutdu. Bir xeyli məzələndi boğandan sonra – alır ağzına, atır beş metr o yana, sonra gəlir pəncəsi ilə o yana çevirir, bu yana çevirir, bir də elə… bir də elə. Sonra götürdü düz ofisin zirzəmisinin altına girdi. İndi şarj dolub, mən getmək istəyirəm ofisdən, nə görsəm yaxşıdır? Bu qapqara oğraş pişik siçanın başını gətirib qoydu düz meydanın ortasında – yəni ki, mən… siçanı yemişəm!
Bizim müxalifətin də başını bu iqtidar elə qoyub meydanın ortasında, özünü “yeyərək”!
Müxalifət liderləri və sıravi üzvlərə gəlincə… adam kişi olar, biz də iqtidar deyilik ki, gopa basaq. Ağzımıza, ağlımıza gələni ünvanlarına deyirik, ittiham edirik, günahlandırırıq, satqın çıxarırıq, elə bil onların əvəzinə biz türmələrdə oturmuşuq, elə bil onlar yox, biz mühacirətə məcbur olmuşuq, elə bil onlar yox, biz döyülmüşük, elə bil hər şeyi onlar eləməlidir!
Day adamın kişiliyi olar da, nə oldu bəs, bizimlə iqtidarın arasında fərq qalmadı axı ittiham etməkdə!
– bu iqtidarın mandatından ilk imtina edən Mirmahmud Mirəlioğlunu (hələ bu iqtidarın mükafatlarından olan “Şöhrət” ordenindən ilk imtina edən Sabir Rüstəmxanlını demirəm) o adamlar ittiham edir ki, nəinki iqtidar, iqtidar tulasının pulundan imtina etməyə cəsarəti çatmayıb!
– Əli Kərimlini o adam ittiham edir ki, bir şilləyə arvadını “nadzor”un yanında baqaja qoyub, amma Əli Kərimlinin özünü, xanımını, oğlunu “itqusdu” edib buraxdırıblar evində yiyəlik edə bilməyənlərin əliylə, göstərişiylə!
NƏHAYƏT VƏ İLK NÖVBƏDƏ
– İsa Qəmbərin yüz kilometrliyinə yaxın gələ bilməyən o adamlar ona daş atırlar ki, arvadlarını evinin içindən aparıblar, “mıqq” edə bilməyiblər, ancaq NƏZƏRƏ ALMIRLAR Kİ, İsa Qəmbərin partiyasından “iribuynuzlu-xırdabuynuzlu mal-qara”nı 23 ildi satın ala-ala gəlir bu iqtidar, axırına çıxa bilmir!
Bildiniz də nə deyirəm?
Day təkrar o misalı yazmayacam – “üç kəllə”ni deyirəm. Adama sözü bir dəfə deyərlər, başa düşər, söz heç hardan girməyənlərə – iqtidarlı-müxalifətli, ha abırlı de, ha söy!
5 yaşlı yəhudi uşağı Moyşa qədər də ağlım yoxdu məgər? – xalxı özümə niyə düşmən edim ki?
Bildiniz də nə deyirəm?
… O ki qaldı mənim siqareti atmağıma, onu da deyim. Valter Skott dövrünün gözəl yazıçı və filosoflarından olsa da, məndən beşbetər siqaret çox çəkirmiş və it iylənirmiş, amma mənim kimi, həm də məndən fərqli olaraq, partapart yazırmış (fərqi odur ki, o, yazdığına pul alırdı, mən havayı yazıram), elə onun da, mənim ətrafımdakı kimi, çox istəyənləri deyirmiş ki, “ay talış”, çəkmə bu zəhrimarı, öləssən, öskürəndə “pasos”u çəkmədən buraxmır… bronxların, “qluşitel”in dözmür! Kişiliyin olsun! İradən olsun!
Valter atır siqareti. İki aydan sonra məlum olur ki, adam bir dənə də yazı yazmayıb. Soruşurlar nə məsələdi, niyə yazmrsan? Deyir ki, demədiniz siqareti at, mən də atdım, üst-başım səliqəli, “frantsuzskiy” ətirli, amma və lakin… yaza bilmirəm. İndi özünüz seçin: sizə üst-başı səliqəli, ətirli, siqaret çəkməyən, amma həm də yaza bilməyən Valter lazımdı, yoxsa o it iyi versə də, yazıları səliqəli, ətirli Valter (düzdür, Valterdən bir fərqim də odu ki, mənim yazılarımın hamısı da heç də ətir iyi vermir, bu ayrı dərddi)?
Həm də adamlar – məni “5 manata yazır”, “bir arağa yazır” deyə ittiham edənlər, evlərindən xəbərsiz olduğu kimi, məndən də xəbərsiz, – adamlar bilsin ki, mən bütün yazıları yazanda ALDIĞIM VƏ İÇDİYİM “pul, araq”… siqaretdir. İndi mən siqaret çəkməyəndə görüm bir kimsə mənə yazı yazdıra bilir?
Bildiniz də nə deyirəm?

***
Bu da məni bu qənaətə gətirən səbəblər:

I

Bir gün azsaylı xalqlardan birinin nümayəndəsini quldurlar tutur soyur və ürəkləri soyumur, soyundurub zorlamağa başlayanda görürlər ki, bıyy, böyründə xəncər. Soruşurlar ki, “can qərdeş”, bu xəncəri neynirsən? Deyir ki, ağır gün üçün almışam. Deyirlər zalım balası, indi tutub zorlayacağıq, bundan da ağır gününmü olacaq?

I “a”

Ağsudan Küdrü düzündən gecəylə evinə qayıdan bir kişi bir də görür ki, canavarlar bunu aldı dövrəyə. Rəngi-rufu, ayağının suyu qaçır. Canavarlar yavaş-yavaş dairəni azaldanda at şahə qalxır, bunun əli üstündə olduğunu qorxudan unutduğu böyründəki tapançaya dəyir, tez tapançanı çıxarıb havaya atəş açır və gəlir kəndə, danışır:
– Kişi qorxmaz olmalıdı düşməndən, qorxdusa, onun ölümü də, öldürülməyi də düşmənə halaldı! At şahə qalxmasaydı, qorxudan yaddan çıxardığım tapançaya əl atmazdım, canavarlar da məni parçalayardı və səhər gəlib mənim meyidimi görən adamlar deyəcəkdi ki, elə ölməli heyvan köpəyoğluymuş. Üstündə tapança ola-ola, bu, canavarı öldürməkdənsə, canavar bunu parçalayıb!

I “c”

Azərbaycan kifayət qədər silaha malikdi!
Azərbaycanın əhalisi üç dəfə ermənidən çoxdu!
Amma və lakin… heç birimizin içindən bu fikirlər keçmir: “İçində özünə qarşı bir nifrət oyandı! Bu qədər həqarətin qabağında o, düşmənin qarşısında qolubağlı uzanmışdı” (Bahar Bənövşənin “Yarımçıq məktub” hekayəsindən)
Əlavə edirəm: bu qədər silah və bu boyda xalqla heç nə etmirik – nə biz, nə dövlət. O silahlar nə üçün alınır? Bizimi soyundurub zorlamağa? Bizimmi dalımızı dağıtmağa? Bizimmi uşaqlarımızı öldürməyə? Bizimi torpaqlarımızdan didərgin, mühacirətə, qürbətə yola salmağa?
BilMƏdiniz də nə deyirəm?
Aydın Canıyev(i) indi öl(dür)məsin(lər), bəs neyləsin(lər)?

II

BİRİ GƏLİR HƏKİMƏ, deyir ki, bundan sonra 40 il yaşaya bilərəm? Həkim soruşur:
– Araq içirsən?
– Yox!
– Siqaret çəkirsən?
– Yox!
– Bazlıq edirsən?
– Yox!
– Zalım balası, bəs onda neynirsən o boyda ömrü eşşək kimi yaşamağa?

II “A”

Azərbaycanlıdan soruşsan:
– Döyüşərsən?
– Yox!
– Seçkiyə gedərsən?
– Yox?
– Demokratik dəyərlərin alisini qəbul edərsən?
– Yox!
– Elmin zirvələrini fəth etmək istəyərsən?
– Yox!
– Fateh olmaq istəyərsən?
– Yox!
Zalım… XALQ, neynirsən belə yaşamağı?
Bildin də nə deyirəm?

II “B”

Azsaylı xalqlardan birinin nümayəndəsi ayağını gölə sallayıb üzən ördəklərə tamaşa edir, ayrı bir azsaylı xalqın nümayəndəsi yaxınlaşır soruşur ki:
– Can ğərdeş, burda çimmək olavar?
O biri azsaylı xalqın nümayəndəsi:
– olƏr, olƏr!
Bu biri azsaylı xalqın nümayəndəsi:
– Can ğərdeş, mən boğulmaz?
O biri azsaylı xalqın nümayəndəsi:
– Ələ, çimirsən çim dəəə!
Əlqərəz, “can ğərdeş” atılır gölə, gölün də suyu ağır su, çəkir e bunu dibə, qışqır-bağır, qardaş da ayağını suda yellədir, vecinə deyil, eşidənlər gəlib çıxarır, xilas edir.
“Can ğərdeş” də gəlir ki:
– Adam kişi olavar, mən səndən soruşdu boğulmaz, sən nə dedin?
– Dədəle, mən nə dedim axe? DedIm çim dəəə. Mən nə bilim axe sən ördəyin sinəsindən gələn göldə çimə bilməyib boğolərsən!

II “c”

Azərbaycan… suyu ördəyin sinəsindən gələn göldə boğulan “can ğərdeş” misalı!
Tərpənmə! – Suriyanın gününə qalacağıq!
Tərpənmə! – Rusiyaya gücümüz çatmaz!
Tərpənmə! – İran tapdayar!
Tərpənmə! – erməni Gəncəni də alar!
Tərpənmə! – Amerika, İngiltərə, Almaniya razı deyil!

Ala, “ördək”, sinənəcən olan suda uzanıb boğulma da, bir ayağa dur, bəlkə nəinki batmadın və batmadın, hələ lap dərində də üzə bildin!
Bildin nə deyirəm?

III

Mirzə Cəlil nətəri deyirdi?
“Sizi deyib gəlmişəm!” – ?
Sonra gəlib görüb nə dedi?
“Allah sizə rəhmət eləsin, ölülər!” – ?
İndiyə qədər nə dediyimi bilmədinizsə, bilməzdən gəldinizsə, bunu da bilməyin… Allah eşqinə!

III “A”

1)
salehat, bafehat! – Azərbaycanın girəcəklərində bunu yazmaq lazımdı!

Çıxacaqlarında isə növbətisini:

2)

və rəhmətullahi və bərəkatuhu!

Aydın CAN

Share: