Şair Vasif SÜLEYMAN beynəlxalqədəbiyyat müsabiqəsinin qran-piri nominasiyasına layiq görülüb

Şair Vasif SÜLEYMAN beynəlxalqədəbiyyat müsabiqəsinin qran-piri nominasiyasına layiq görülüb

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən – İslam fəlsəfəsinin banisi, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş Əl- Fərabinin anadan olmasının 1155 illiyinə həsr olunmuş “Ədəbi Asiya” – III Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin poeziya üzrə QRAN-PRİ nominasiyasına Azərbaycan Respublikasından şair Vasif Süleyman layiq görülüb.

Qeyd edək ki, Vasif Süleyman 1965-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Bakı Dövlət Univesitetinin filologiya fakültəsində təhsil alıb.

1991-1993-cü illərdə “Azərbaycan dəmiryolçusu” qəzetin müxbiri, 1 may 1993-cü ildən 1 fevral 2010-cu ilə kimi “Azərbaycan dəmiryolçusu” qəzetin redaktor müavini, 19 aprel 2010-cu ildən 41 iyul 2023-cü ilə“Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru vəzifəsində çalışıb. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC Yük Daşımaları Departamenti Birləşmiş Həmkarlar İttifaqı Komitəsində mütəxəssis vəzifəsində çalışır.

6 dekabr 1999-cu ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Respublikasının “Fəxri dəmiryolçu”su, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” Və Şahmar Əkbərzadə adına mükafatların laureatı, üç kitab müəllifidir. .

Şair Vasif Süleymanı “Ədəbi Asiya” – III Beynəlxalq Ədəbiyyat Müsabiqəsinin poeziya üzrə QRAN-PRİ nominasiyasına layiq görülməsi münasibətilə təbrik edirik.

Müstəqil.Az

 

 

Share: