Saakaşvilinin saçından tutub döyə-döyə restorandan çıxardılar-VİDEO

Müstəqil.Az xəbər verir ki, Saakaşvili dünən yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) çarter reysi ilə Kiyevdən Polşaya uçub.

Xatırladaq ki, Mixail Saakaşvili fevralın 12-də günorta saatlarında Kiyevdə saxlanılmışdı.Axşam saatlarında olduqca diqqət çəkən görüntülər yayılıb. Belə ki, Ukrayna güc strukturu əməkdaşlarının Saakaşviliyi böyük təzyiqlər altında – onun saçından tutaraq, üz nahiyəsinə zərbələr endirməklə “Suluqunu” restoranından çıxardıqları anlar ərazidəki təhlükəsizlik kameralarına düşüb.

Qeyd edək ki, bu olay artıq ciddi narazılıq yaratmağa başlayıb.

Həmin videonu təqdim edirik:

Share: