“Səssizcə həzin nəğmələr kimi ötüb getdi…” – Aysel Fikrət yazır

Ayrılığın göz yaşı

Oqtay Rəcəbovu itirdik.Nə torpağı, nə yeri,göyü, nə də insanları incitdi gedəndə.Səssizcə həzin nəğmələr kimi ötüb getdi.
Onu son mənzilinə yola salırdıq.Yalnız bir sözü təkrar edirdik.Yaxşı adam idi,rəhmət apardı,
Oqtay Rəcəbov bütöv bir xalqın sərvətidir.Düşündüm ki Bu insanlar heç nə gözləmədən axın -axın Gimnazıyaya tərəf gələcək.Çünki İncəsənət Gimnazıyasını yenidən yaradan Oqtay Rəcəbov olmuşdu.Düşünürdüm indi izdiham əlindən tərpənmək olmayacaq.
Necə unudum səni mahnısını bəstələyən həzin ürəkli bəstəkarı unutmaq olarmı heç?
Bu gün beş yüz mahnısı olan Bəstəkar neçə operanın ,kontatanın müəıllifi olduğunu deməyəcəm.Bu barədə çox güman ki Musiqi akademiyasının alimləri,həmkarları çox yazacaq.
Oqtay Rəcəbov gözəl səmimi insan idi.
İncəsənət Universitetini bitirdim Və təyinatımı Gimnazıyaya bağladım.O Gimnazıyaya ki Rəhmətlik atam Fikrət Sadıq uşaq kimi əlimdən tutub gətirmişdi.Oqtay müəllim mənə təəcüblə baxdı.Bu yaşda müəllim olacaqsan.məktəblilərdən secilməyəcəksən deyib gülümsündü.Çox iddialıydım.Qırmızı diplomumu da götürüb işə başlayırdım.Atam Fikrət Sadıq,müəllimim Oqtay Rəcəbov xeyir dua verdi.İki gözəl kişinin təkidiylə tərəddüdlə yalnız inamla işə başladım.Bu günə qədər ömür yolumu bağladığım Gimnazıya Elə bu insanlara görə həmişə mənə əziz olub.Bilirəm əminəm ki hər bir kəsin Oqtay müəllimin xeyirxahlığı və böyüklüyüylə bağlı bir xatirəsi var.
İlk dərs dediyim günlər çox çətinliyim olurdu.Yaşım az olduğundan şagirdlərin hər sözünü ürəyimə salıb tez- tez ağlayırdım.Oqtay müəllim bunu hiss edirdi.Dərslərimizə nəzarət edirdi.Məni görən kimi özünəməxsuz gülümsünürdü.Bir çətinliyin yoxdu ki qızım.Düzdü onunla uzun -uzadı dialoqum heç olmadı.Bəlkə də ən az xatirəsi olan insanam.Oqtay Rəcəbov uşaq operası yazırdı.Bir gün məni çağırıb mövzu təqdim edir.Yeddi vadi operasında səhnə əsəri yazmağı tapşırdı.Həyacandan neçə gecə yatmayıb axır ki o pyesi yazıb bitirdim.İlk oxucum atam oldu.Orda bir yer var idi.İnsan işığa yetişir.Tədris işçisi olduğumdan, və yəqin ki o vaxt çox gənc olduğumdan təhsili canlandırmışdım.İnsan axırda kitabları oxuyaraq işığa və haqqa qovuşur.
Yalnlz bu gün yaxşılıq deyərdim.İnsan yaxşıılıqla haqqa qovuşur.Bir insan yalnız yaxşılıqlarıyıla unudulmur.Dünyadan getsə belə nurunu bu dünyada qoya bilir.
O əsərin xaricdə səhnəyə qoyulduğunu da eşidib, bu işdə zərrə qədər qatqım olduğuna o vaxt
çox sevinmişdim.İllərlə yaxşı işlər görməyə təhsil üçün,uşaqlar üçün,gələcəyimiz üçün çalışanda anlayırdım.Biz onu davam etdiririk.Oqtay müəllimin Gimnazıyanın şagirdəri arasından elə incilər seçə bilmişdir ki.Demək olar ki bir çox tanınmış insanlar onun yetirməsi olmuşdur.Bu danılmazdır.Oqtay Rəcəbov doxsanıncı illərin o çətin dövründə Ziyalıları,gözəl sənətkarlarımızı Gimnazıyaya toplayaraq həm onlara iş yeri olmaqla yanaşı.Həm də biz gənc müəllimlərə və şagirdlərimizə canlı kolifeylərdən dərs almaq kimi xoşbəxtlik nəsib etmişdi.Mən yadımda qalanları deyəcəyəm.Tofiq Tağızadə indi də xatirələrimdə qara şlyapasıyla keçir gedir,Mİrzə Babayev,Əminə Dilbazı,Ramiz Eynullayev,Muxtar maniyev,Yaşar Nuri,Ənvər Əbluc,Əminə yusufqızı,Gülbəniz Əzimzadə.Bir çox sənətkarın adını çəkə bilərəm.
Qimnazıya yenidən yarandı, yoxdan dirçəlib ucaldı.Bütün bunlara Oqtay Rəcəbov nail oldu.Onun paralel olaraq yaradıcılığında çox dönüşlər də olurdu.Mənə elə gəlir ki Pedaqoqigaya bağlılıq ona valideynlərindın miras qalmışdı.O bu yolda özünü sınasa da ,bu yolda çox ucalsa da yaradıcılığa olan sevgisi,eşqi həmişə öndə olmuşdur.
Bəli Oqtay Rəcəbov böyük bəstəkardır.Tofiq Quliyev yazılarının birində onu Bəşəri insan adlandırmışdır.Fikrət Əmirovdan dərs alan Bəstəkar.O xalqının Bəstəkar oğludur.Xalq artisti ola bilmək hələ heç nə demək deyil.Flora Kərimova kimi mələklərə xas səsin ifaçısının Oqtay Rəcəbovla otuza yaxın mahnısı var.Ən sevimli gəncıik və sevgi mahnıları.Bir neçə nəslin sevgisinə sevgi qatan bu mahnılar.
“Səndən xəbərsiz”,”necə unudum səni”.Daha nə istəyirsən” Mən hələ üçünü dedim.
Mənim unutqan xalqım qalanını sən araşdır.Bu kişinin hər gün ömrünə düzdüyü bu durr nəğmələri dinlə yaşat.hərə öz işinə uyğun onu yola salsın.Rəssamıar musiqilərə rəsmlər çəksin.Musiqiçilər ,müğənnilər ifa edərək.Alimlər yeni məqalələr yazaraq.
Xəyalımda hər kəs onu yola salmaq üçün böyük bir izdihamla gedir.Eldən gedəndi Oqtay Rəcəbov. O hamınındı.Haqqın dərgahında məqamı uca olsun.
Dəfində İştirak edən sizin Elmi rəhbəriniz olduğunuz iki insanın da xatirələrini dinləyirdim.Doktorantınız Hicran Sadıqzadə,Elmlər Namizədi Ulduz Miriyeva.Göz yaşına boğulub xatirələrini danışırlar.Hicran xanım gözəl söz dedi.Mən artıq dünyadan gedənlərə hələlik deyirəm.Ayrılığın göz yaşını silmək olmur o bəstənizdə deyilən kimi.Ayrılığın göz yaşını silərsənmi?
Bir kimsəni məndən əziz bilərsənmi.Şövkət Ələkbərovanın titrək səsiylə yazımı bitirirəm.Yalnız nöqtə qoymuram.Nəğmələrdə yaşayacaq sənətkarımıza hələlik.O dünyanın nuru artdı,bu dünyanın zülməti.Nəğmələrdə qaldı.
Get gedə bizə o dünyanı sevdirən nurlara Allah rəhmət eləsin.
Oqtay Rəcəbovu itirdik.Nə torpağı, nə yeri, göyü nə də insanları incitdi gedəndə.Səssizcə həzin nəğmələr kimi ötüb getdi.

Aysel Fikrət

Share: