Sərnişinlərin nəzərinə: Metronun iki stansiyası işləmir

Hazırda elektrik enerejisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləmir və sərnişinləri qəbul etmir.

Müstəqil.az xəbər verir ki, bu barədə metropolitenin mətbut xidmətininin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.

Eyni zamanda, “Avtovağzal” stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib.

Elektrik enerjisinin verilişi bərpa olunan kimi “Avtovağzal-Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.

Müstəqil.Az

Share: