Sən bu “canlı” ölülərdən ucasan

Kulis.az Kərim kərimlinin tərcüməsin Boris Pasternakın şeirini təqdim edir.

Rus dahiyə

Başqasının qeybətini dinləmə,

Köhnə oğraşlaradan uzaq dolan gəz.

Sən özünü düşmən ilə tənləmə,

Ona görə heç kəs gözə su verməz!

İt ilxısı necə xorla hürsə də,

Qürur ilə sükut eylə, danışma!

Abırsızlar min bir dona girsə də,

Cavab verib xəcil olma, alışma!

Heç kim sənə rəqib deyil, bunu bil,

Basabasdır namərdlərin meydanı.

Bəzən Günəşi də örtür zir-zibil,

Say-hesabsız dənəciklər “tufan”ı…

Toz-tozanaq qoy “ucalsın” göylərə,

Sən bu “canlı” ölülərdən ucasan.

Qurs kimisən “Qəhvəyi köynəklər”ə,

Öz vəznini bilməyəndə bicasan!

Sən o böyük, o mənalı bir andan,

O qudurğan rəzilləri heç etdin.

Müqəvva bütləri salıb atından,

Ürəklərə bir əbədi köç etdin!

Yapışma əlindən nadan nahaqqın,

Ürəyi pislikdən boşalmayıbdır.

Sənin ədalətin, bu böyük haqqın

Düşməndə əzəldən heç olmayıbdır!

Share: