Səlim BABULLAOĞLUnun Ukrayna dilində yeni kitabı

Tanınmiş Azərbaycan şairi-eseeisti, AYB-nin Beynəlxalq məsələlər üzrə  katibi Səlim Babullaoğlunun Ukraynada yeni kitabı nəşr olunub. 

Bu haqda Səlim Babullaoğlu özünün Feysbuk sosial şəbəkəsindəki divarında yazıb:

” Bir az əvvəl həm mənim, həm də ölkəmizin dostu, görkəmli Ukrayna ədəbiyyatşünası Dmitro Stus mənə whatsapp-dan Kiyevdə yeni şeir kitabımın (“Sükuta ithaf”) nəşr olunması ilə bağlı məlumat verdi (nəşri gözləyirdim), bu şəkli göndərdi. Kitabdakı şeirləri Ukrayna dilinə tanınmış şairlər- Vasıl Gerasimyuk, Aleksey Zaraxoviç, Marianna Kiyanovska, İqor Pavlyuk, Sergey Qrabar, Lesya Mudrak və Yuri Zavqorodniy çeviriblər. Kitab Azərbaycanın Ukraynadakı sabiq səfiri, Xalq yazıçısı Elmira Axundovanın təşəbbüsü və dəstəyi, eyni zamanda “giriş yazısı” ilə nəşr olunub. Kitabı tanınmış Ukrayna ədəbiyyatşünası, şair və tərcüməçi Dmitro Drozdovski tərtib edib və nəşrə geniş “ön söz” yazıb” . Dmitro Stusun “son sözü” də kitabda yer alıb.
128 səhifəlik kitab “CАМIТ-КНИГА” nəşriyyatında çap olunub.
Bütün kitablar sülh üçündür. İnanıram ki, Ukrayna öz haqq savaşında tezliklə ədalətli sülhə nail olacaq, kitab isə oxucusunu tapacaq.
Zəhməti keçən hər kəsə təşəkkür edirəm…”
Müstəqil.Az olaraq bizdə Səlim Babullaoğluna yeni kitabının nəşri ilə bağlı mübarəkdir, deyirik və yaradıcılıq uğurları arzulayırıq.
Share: