Sən dünyanın ən gözəl insanlarından birisən, Əlövsət!

“Mən” sözünü müəllif yazısında işlədən yazara bir az birtəhər baxırlar. Amma Əlövsət Əliyev haqqında söhbət açarkən mən onu yaxşı tanıyıram, ifadəsini istifadə etməkdən çəkinmirəm…

Onu zaman yetişdirib, vaxtından əvvəl. Fəqət zamana həmişə qalib gəlib…

Demirəm, zadəgan nəslindəndir, lakin özü zədəganlıq səviyyəsinə çata bilib…

Yeddi rəngdən dördünü yaxşı seçir, üçünün haqqında mülahizə yürüdəndə qeyri-müəyyən fikirlə münasibət bildirir..

Doğrudur, ürəyi ipək kimi yumuşaqdır, ancaq özü polad qədər sərtdir…

Başı daşdan daşa dəyib, sarsılmayıb, ayaq üstədir…

Onu sevməyənlərin özündən xəbəri yoxdur…

Deyəsən, çox danışdım, son kəlmə kimi bir neçə söz demək istəyirəm:

Bəli, yer üzündə Əlövsət adında adamların arasında bir Əlövsət də vardır, soyadı Əliyevdir. Vətəndən uzaqda, 35 il öncə hərbi xidmətdə olduğum bir məmləkətdə yaşayır. Bəlkə onu vətənə çağıraq. Əlövsətin qəribliyə düşməsində nə mən, nə Sən, nə də O günahkardır, Vətən günahkardır…

Böyüklər balacaları bağışlamağa məhkumdur, çünki mürdikliyə gedən yol cahillikdən keçir…

Bu ölkədə heç kim arxasından yuxarı tullana bilmir, əslində bütün ölkələrdə belədir…

Görəsən, Əlövsət Əliyevi doğma Vətənə dəvət edən bir BÖYÜK tapılacaqmı?

Haradasan Haqq?

Elman Eldaroğlu

Share: