Rütbə çiyində görünür, xidmət isə insanın ömründə…

Rütbə çiyində görünür, xidmət isə insanın ömründə…

General…

 

Bu sözün özündə bir ağırlıq, bir məsuliyyət, bir ömürlük hesabat var.

General olmaq yalnız çiyində ulduz daşımaq deyil. O ulduzların hər birinin arxasında illərin zəhməti, gecəsi-gündüzü olmayan xidmət, məsuliyyətli qərarlar, sınaqlardan keçmiş xarakter, intizam və ən başlıcası — dövlətə, Vətənə və xalqa sədaqət dayanır.

General rütbəsinə gedən yol bir gündə başlanmır, eyni gündə də tamamlanmır. Bu yol illərlə formalaşan peşəkarlığın, xidmətə münasibətin, iradənin və etimadın yoludur.

Müstəqil.Az-ın “Tanıdıqlarımız” layihəsi çərçivəsində haqqında bəhs edəcəyimiz GENERALön –  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun ömür yoluna nəzər salanda da bunun şahidi oluruq.

O, müxtəlif vəzifələrdə çalışdığı illər ərzində özünü peşəkarlığı, intizamı, prinsipiallığı, tələbkarlığı və üzərinə düşən məsuliyyətə ciddi münasibəti ilə tanıdıb. DİN-nin sıralarında, keçdiyi ömür yolu bunu deməyə əsas verir.Keçdiyi xidmət yoluna nəzər saldıqca aydın olan odur ki, onun üçün xidmət sadəcə iş olmayıb. Xidmət — etibar edilmiş vəzifənin məsuliyyətini dərk etmək, dövlətin verdiyi səlahiyyətə layiq olmaq, geyindiyin mundirin şərəfini qorumaq və hər gün daşıdığın rütbənin mənasını doğrultmaq demək olub.

 

Çünki mundir sadəcə geyim deyil. Mundir dövlətin etimadının görünən simvoludur. Və o mundiri daşıyan insanın davranışında dövlətə olan münasibət də görünür.

Ramiz Zeynalovun uzun illik fəaliyyətinin mahiyyətində isə məhz bu anlayış dayanır: dövlətə xidmət etmək, dövlətçiliyə sədaqətlə bağlı qalmaq və ona göstərilən etimadı öz fəaliyyəti ilə doğrultmaq.

Bu baxımdan onun həyat yolunda xüsusi əhəmiyyət daşıyan məqamlardan biri ona göstərilən etimad olmuşdur.

Ramiz Zeynalovun peşəkar keyfiyyətlərini görən və onun imkanlarına güvənən dövlət xadimləri sırasında ümummilli lider Heydər Əliyevin adı xüsusi yer tutur, bu birmənalı belədir. Ulu öndərin etimad göstərdiyi kadrlardan biri kimi Ramiz Zeynalov Azərbaycan Respublikasının yol polisi sistemində uzun illər məsul vəzifələrdə çalışıb, dövlət xidmətinin mürəkkəb və məsuliyyətli sahələrindən birinə rəhbərlik edib.

Sonrakı illərdə də bu xidmət yolu əvvəlki kimi şərəf və ləyaqətlə davam edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə də Ramiz Zeynalov öz fəaliyyətini eyni məsuliyyət və prinsipiallıqla davam etdirir.

Sözzsüz ki, illərlə davam edən etimad təsadüfi olmur.

Etimadın arxasında nəticə olmalıdır. Peşəkarlıq və  intizam olmalıdır. Ən başlıcası isə dövlət qarşısında məsuliyyət hissi…

Ramiz Zeynalovun uzunmüddətli xidmət yolu məhz bu keyfiyyətlərin zaman içində formalaşmış ifadəsi kimi diqqəti çəkməkdəir.

26 il Azərbaycan yol polisi rəisi işləyən Ramiz Zeynalov vəzifədən azad olundu. Görəsən bundan sonra necə dolanacaq? 😦

Lakin insanı yalnız tutduğu vəzifə ilə də tanımaq mümkün deyil.

Bəzən bir insanın əsl portreti onun rəsmi vəzifəsindən kənarda görünür, diqqət çəkir, yaddaşda qalır, nümunə götürülür.

Kitaba, mədəniyyətə, şeirə, ümumilikdə sözə və ədəbiyyata, insanlara  münasibətində və sair…

Ramiz Zeynalov haqqında danışarkən diqqəti çəkən maraqlı cəhətlərdən biri də onun ədəbiyyata, sözə və yaradıcı insanlara münasibətidir.

Çünki insanın daxilindəki dünyanı bəzən ən yaxşı vəzifəsi deyil, oxuduğu kitablar, dinlədiyi şeirlər və qiymət verdiyi sözlər ifadə edir.

Sərt xidmət rejiminin, məsuliyyətli qərarların, intizam və tələbkarlığın içində ədəbiyyata yer ayırmaq da insanın daxili aləminin başqa bir tərəfini göstərir, təqdimatını edir.

Mərhum şairimiz Fərqanə Mehtiyevanın Ramiz müəllimlə bağlı xatirələrindən biri bu baxımdan xüsusilə maraqlı və səmimidir.

Şairə xanım danışırdı ki, kitabını Ramiz müəllimə göndərib və onunla görüşmək istədiyini bildirib. Görüş baş tutur. Söhbət zamanı ədəbiyyatdan, şeirdən, sözdən danışılır.

Fərqanə xanımın xatirəsində Ramiz müəllim sözə və ədəbiyyata biganə olmayan, əksinə, şeirə xüsusi maraq göstərən, yaradıcı insana diqqətlə yanaşan bir şəxs kimi qalıb.

Sonra söhbətə həyatın daha bir adi, amma maraqlı məsələsi qoşulur. Şairə xanım sürücülük vəsiqəsi almaq istəyini bildirir.

Ramiz müəllim ondan soruşur:

— Fərqanə xanım, maşın sürə biləcəksinizmi?

Şairənin cavabı isə özünəməxsus yumorla belə olur:

— Ramiz müəllim, mən bu qarışıq dünyada ömür sürürəmsə, maşın da sürərəm.

Bu cavabın Ramiz müəllimin xoşuna gəlməsi təsadüfi deyil.

Bəzən bir cümlə insanın xarakterini göstərir, bir zarafat iki insanı yaxınlaşdırır. Və bir neçə dəqiqəlik söhbət illər sonra yaddaşda bütöv bir portret kimi qalır.

Bəlkə də həmin kiçik dialoqda iki ayrı dünyanın gözəl görüşü vardı:

Bir tərəfdə dövlət xidmətinin sərt, intizamlı, tələbkar dünyası…

Digər tərəfdə sözün, şeirin, sənətin və incə yumorun dünyası…

Bu iki dünyanın bir insanın xarakterində yanaşı yaşaması Ramiz Zeynalovun şəxsiyyətinə başqa bir rəng qatır

Onun xarakterindən danışarkən başqa bir keyfiyyət də xüsusi qeyd olunmalıdır: tələbkarlıq.

Rəhbər üçün tələbkarlıq sadəcə üstünlük deyil, zərurətdir.

Axı  böyük məsuliyyət daşıyan vəzifələrdə güzəştin sərhədi, intizamın meyarı, qərarın məsuliyyəti olur.

Həm də tələbkarlıq ədalət və insanlıqla tamamlananda daha böyük məna qazanır.

Bu layihəyə başlamazdan öncə kiçik bir araşdırma aparası olduq. Ramiz Zeynalov haqqında söylənənlərdə qeyd etdiyimiz  bu iki cəhətin — tələbkarlıq və xeyirxahlığın bir arada olduğu daha çox diqqət çəkdi.

İşdə tələbkar olmaq — dövlət işi məsuliyyət tələb edir.

Ədalətli olmaq —  hər qərarın arxasında insan taleyi və dövlətin nüfuzu dayanır.

Xeyirxah olmaq — hər bir vəzifənin arxasında, ilk növbədə, insan amili dayanır.

Bu mənada rəhbərlik yalnız əmr vermək deyil. Rəhbərlik həm də məsuliyyət daşımaqdır. Özündən tələb etməkdir.

Ətrafındakılardan tələb etdiyin intizamı əvvəlcə öz davranışınla göstərməkdir.

Yol polisi kimi cəmiyyətlə birbaşa təmasda olan mühüm və məsuliyyətli sahəyə rəhbərlik etmək isə xüsusi bir məsuliyyətdir.

Dövlətin və dövlət qurumlarının cəmiyyətlə münasibətində bəzən bir əməkdaşın davranışı belə bütöv bir sistem haqqında təsəvvür yarada bilir.

Əlbəttə ki, burada rəhbərin mövqeyi xüsusi əhəmiyyət daşıyır.

Peşəkarlıq, intizam, qanunçuluq, ədalət, tələbkarlıq və insan amilinə hörmət — bunlar bir rəhbərin fəaliyyətində bir-birini tamamlayan dəyərlərdir.

Ramiz Zeynalovun uzun illər ərzində həm rəhbərlik, həm də əməkdaşlar arasında qazandığı hörmət onun xidmət yolunun mühüm nəticələrindən biri kimi dəyərləndirilə bilər.

Çünki hörmət əmr ilə qazanılmır. Hörmət illərlə qazanılır. Əməllə qazanılır. Dürüst münasibətlə qazanılır.

Və ən əsası, insanın öz tutduğu vəzifədən asılı olmayaraq, qarşısındakı insana münasibəti ilə qazanılır.

 

General olmaq asan deyil

 

Amma general adını daşımaqdan daha böyük məsuliyyət həmin adın mənasını illər boyu yaşatmaqdır.

Rütbə çiyində görünür, onun ağırlığı isə insanın xarakterində hiss olunur.

Ulduzlar mundirin üzərində parlayır, lakin onların əsl işığı insanın gördüyü işlərdən gəlir.

Ramiz Zeynalovun uzun illik xidmət yoluna bu prizmadan baxanda qarşıya yalnız bir karyera yolu çıxmır.

Burada dövlət xidmətinə sədaqətin, peşəyə bağlılığın, intizamın, rəhbərlik məsuliyyətinin, dövlətçilik ənənələrinə hörmətin və insan amilinə diqqətin bir ömür yolunda birləşdiyi görünür.

Bu yol həm də bir həqiqəti xatırladır: Dövlətçilik yalnız böyük tribunlarda söylənən söz deyil. Dövlətçilik hər gün görülən işdi;

Vəzifəyə vicdanla yanaşmaq, qanuna hörmət etmək, daşıdığın səlahiyyətin məsuliyyətini dərk etmək, Sənə göstərilən etimadı doğrultmaq, mundirin şərəfini qorumaqdır.

Şeirə, sözə, sənətə bağlılıq…İllər keçəndən sonra geriyə baxanda insanın öz xidmət yoluna alnıaçıq nəzər sala bilməsi də dövlətçiliyə bağlılıqdır, desək yerinə düşər..

Bəlkə də Ramiz Zeynalovun portretini tamamlayan ən maraqlı cəhətlərdən biri də elə bu müxtəlifliyin özüdür.

Bir tərəfdə general mundiri…

Dövlət xidməti…İntizam… Tələbkarlıq… Məsuliyyət…

Digər tərəfdə isə kitab…

Bu iki dünyanın bir insanın şəxsiyyətində qovuşması onu daha dolğun göstərir.

Çünki sərt olmaqla mərhəmətli olmaq, tələbkar olmaqla xeyirxah qalmaq, dövlət işinin ağırlığını daşımaqla sözün incəliyini duymaq bir-birinə zidd deyil.

Əksinə, bəlkə də insanı şəxsiyyət edən məhz bu vəhdətdir.

İnsanı tanımaq üçün bəzən onun hansı rütbəni daşıdığını bilməkdən daha çox şey lazımdır.

Bilmək lazımdır ki, o, qarşısındakı insana necə baxır.

Sözə necə qulaq asır. Kitaba necə yanaşır. Əmanət edilən vəzifəyə necə münasibət göstərir. Etimadı necə doğruldur.

İllərin sonunda arxasında hansı izləri qoyur.

Ramiz Zeynalovun xidmət yolunda qalan iz isə dövlət xidmətinə bağlılığın, peşəkarlığın, intizamın və insanlıq keyfiyyətlərinin bir arada yaşaya bildiyini göstərən bir ömür nümunəsidir.

İllər sonra bir insan haqqında danışarkən ən qiymətli söz bəlkə də budur:

O, ona etibar edilən dövlət xidmətini ömrünün məsuliyyətinə çevirdi.

Ramiz Zeynalovun həyat və xidmət yolunu yaddaşlarda yaşadan əsas məna da elə budur — dövlətə sədaqət, Vətənə xidmət, peşəyə hörmət və insan olaraq özünü qorumaq.

Faiq Balabəyli,
Şair, Prezidrnt təqaüdçüsü,

AYB-nin Həçkərlar təşkiulatının sədri,

“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı

 

Share: