“Rusiya bizimlə müharibəyə hazırlaşır” – Hərbi diplomatdan ŞOK FAKTLAR

Son dörd il ərzində Rusiya Ukrayna-Rusiya sərhədində üç diviziya və altı briqada yerləşdirib.

Publika.az xəbər verir ki, bu haqda “ObozTV”-nin efirində hərbi diplomat Pyotr Qaraşuk bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna sərhədindən 20-80 kilometr məsafədə dayanır. Hərbi diplomat qeyd edib ki, bölmələr texnika ilə 100 faiz komplektləşdirilib. O, şəxsi heyətin isə 95 faiz hazırlıqlı olduğunu vurğulayıb.

“Onlar hücum üçün döyüş hazırlığı keçirlər. Anbarlar və hospitallar açırlar”, – Qaraşuk deyib.

Diplomat Donbasın işğal olunmuş ərazilərində isə 40 mindən çox muzdlu, 5-6 min peşəkar Rusiya hərbi qulluqçusu, 600 tank, 1000-dən çox zirehli avtomobil, 300 “Qrad” və digər hərbi texnikanın olduğunu yada salıb.

O həmçinin Azov dənizi tərəfindən təhlükəni xatırladıb. Qaraşukun sözlərinə görə, Rusiyanın Azov donanması Ukraynanın cənubunda öz gücünü daim artırır.

“Rusiya Volqo-Don kanalı vasitəsilə Xəzər donanmasından 12 döyüş katerini Azova köçürdü. Bu, bizim dövlətimizin ətrafında çox böyük təhlükədir”, – diplomat bildirib.

Share: