Robot türk nazirə əsəbləşdi: Yavaş danış!

Ankarada Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə keçirilən tədbirlərdən birində çıxış edən Türkiyənin Dənizçilik, Rabitə və Nəqliyyat naziri Əhməd Arslanla tədbirin robot-idarəedicisi arasında “mübahisə” yaranıb.

Müstəqil.az xəbər verir ki, tədbirin aparıcısı robot – “Sanbot” Arslanın sözünü kəsərək “Yavaş danış! Nə dediyini anlamıram” deyib.

Məlumata görə, roboton daha sonra “nədən bəhs edirsən?” deməsi naziri narahat edib.

“Dəyərli dostlar, görünür, kimsə bu robotu idarə etməlidir. Nəzarət funksiyasını kim yerinə yetirirsə, zəhmət olmasa, lazım olanı etsin”, – nazir bildirib.

Müstəqil.Az

Share: