Rəfiqələr arasındakı dava qanla bitdi – Biri o birinin qulağını qopardı

Türkiyədə gənc bir qadın dava etdiyi rəfiqəsinin qulağını qoparıb.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, Samsunda bir barın önündə gecə yarısı meydana gələn hadisədə 22 yaşlı gənc qadın ilə 33 yaşlı rəfiqəsi arasında dava başlayıb.
Mobil telefona görə yarandığı iddia edilən davada əvvəlcə  rəfiqələrdən  biri  o birinin barmağını dişləyib. Digər qadın da cavab olaraq rəfiqəsinin əlini dişlədiyini zənn edərək sol qulağını dişləyərək qoparıb. Qanlar içərisində qalan qadın qopan qulağının bir hissəsi ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerindən qaçdığı bildirilən qadın dişlənən barmağı üçün getdiyi özəl bir xəstəxanada yaxalanaraq saxlanılıb.
Share: