
Quba-Xaçmaz yolunda baş verən ağır qəzada ölənlərin və yaralananların adları məlum olub.
-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı Arif İmamquluyev və Elmar Məmmədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Sürücü Fərhad İbrahimov və sərnişinlər – Mustafa Əkbərov, Akif Qurbanovun vəziyyəti isə orta-ağırdır.
Onların müalicəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.
***
Saat 20:27
Qubada baş verən qəzəda iki nəfər ölüb.
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora” markalı nəqliyyat vasitəsinin ağaca çırpılması nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Saat 19:06
Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
-nın Şimal bürosu xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.