“Qeyri-leqal miqrantlar məhkəmənin qərarı olmadan ölkədən deportasiya edilməlidirlər”.-TRAMP…

“Qeyri-leqal miqrantlar məhkəmənin qərarı olmadan ölkədən deportasiya edilməlidirlər”.
Bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində bildirib.
“Biz onları dərhal, məhkəmə qərarı olmadan geri göndərməliyik. ABŞ-da qeyri-qanuni miqrantların deportasiyası üçün məhkəmə qərarının olmasını tələb edən qanunlar dünyanın ən səfeh qanunlarıdır”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, bu arada ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. Aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.
Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.(apa)
Müstəqil.Az

Share: