QƏLBDƏN SÜZÜLÜB GƏLƏN SÖZ, İNSAN RUHUNUN AYNASIDIR…

Elə indicə sosial şəbəkələrin birində təmənnasız insan, gözəl və böyük ürək sahibi ELXAS COMƏRDin “Halallıq” şeirim haqqında yazısına rast gəldim. Oxudum, çox sevindim. Həm də (sevincdən) kövrəldim. Bu gözəl insanın söz duyumuna, poetik təhlil bacarığına valeh oldum. Var olun, əziz dost. Siz təkcə ELİN XASI deyil, həm də insanlığın, təmənnasızlığın, halallığın, duruluğun, saflığın xasısınız. Tanrı sizi qorusun. Canınız sağlam, qələminiz hər zaman gözəlliklərin tərənnümçüsü olsun.

QƏLBDƏN SÜZÜLÜB GƏLƏN SÖZ, İNSAN RUHUNUN AYNASIDIR…

Ruh — Allaha məxsusdur deyimini lap uşaq yaşlarımdan eşitmişəm. İllərlə rastlaşdığım, oxuduğum hər bir şeydə ruh varlığını, Allaha bağlılığı, Allah adamı olmağı axtarmışam. Bəzən rastlaşdığım, oxuduğum sözlər bu axtarışa mənə imkan verməyib. Çünki, qəlbdən süzülüb gələn söz, insanın zatdan gələn dəyərlərlə, qanla yöğrulub ortalığa çıxır. Söz, Allahın öz sevdiyi bəndəsinə verdiyi ən gözəl nemətdir. Onun istifadəsi isə, ruhun varlığını özündə ayna kimi əks etdirir…
Atalarımız çox gözəl deyib, – “Görünən dağa nə bələdçi”.
Fb-dən ruhu gözəl çox şairlərimiz arasında həmişə sevə-sevə oxuduğum, imzasına hörmətlə yanaşdığım bir şair dostumuz, Qəzənfər Məsimoğlu da var. Onun “Ağsu Yazarları” Ədəbi Birliyinin qrup paylaşmasında “H A L A L L I Q” şeiri bütün düşüncəmə hakim kəsildi. İlk ağlımdan keçən söz, başlığa çıxardığım cümlə oldu. Bu bir həqiqət oldu ki, özüm üçün qənaətimdə möhkəmləndirdim.
Ruhun gözəlliyi sözün seçimində öz təsirini göstərir.

MÜQƏDDƏS a m a l d ı, ALİ m ə r a m d ı,
H ə y a t d ı, ö m ü r d ü, y a ş d ı HALALLIQ .
Nə qədər BƏZƏSƏN haram h a r a m d ı,
DÜNYADA hər şeydən BAŞDI HALALLIQ.

Halallığın nə qədər müqəddəs amal, Ali məqam olduğun, yazan şair, bütün bunların həyatın özü, ömürün gözəlliyi, yaşın kamillik həddinin göstəricisi olduğunu göstərir. Haramı nə qədər bəzəsən də elə haramın haram olduğunu vurğulayır, amma HALALLIQ in dünyada BAŞ olduğunu unutmamağa çağırır .

K ə n a r d a n O g ə l i b CİBİNƏ DOLMUR,
ŞAXTADA ü ş ü m ü r, BÜRKÜDƏ SOLMUR,
DÜKANDA s a t i l m i r, BAZARDA OLMUR,
QİYMƏTİ ö l ç ü s ü z QAŞDI HALALLIQ.

Şair bununla, HALALLIĞIN qanla, iliylə gəldiyini söyləyir. Alınıb-satılmır, kənardan gəlmir, heç bir fəsad onu üşütmür, soldurmur.
Haramın, insan həyatında hansı fəsadlar törətdiyini özünəməxsus şəkildə elə gözəl çatdırır ki, ,

ƏYRİ olanlara HAQQI qandırıb,
Dəryanı QURUDAR, ODA yandırıb.

Allah qatında Halallığın yaratdığı gözəlliyi bu iki misrada vəsfi olduqca mükəmməldir.

Zülmət qaranlıqlar İŞIQLANDIRIB,
Ün yetməz zirvələr AŞDI HALALLIQ.

-deyən şair, sonda özünə xitabən halallığın yaratdığı səltənəti

QƏZƏNFƏR, ən ÜLVİ DÜŞÜNCƏ b u d u,
SEVGİNİ c a n i n d a y a ş a d a n “QU”DU,
QAYANIN g ö z ü n d ə n SÜZÜLƏN s u d u,
ÜSTƏ Gül b i t i r ə n DAŞDI h a l a l l i q.

Bir şair ruhunun yaratdığı halallıq mənə bu şeir barədə düşüncəmi yazmağa məcbur qoydu. Şair ruhunun gözəlliyində özümü bir anlıq unudub, Qəzənfər Məsimoğlu şeirinin işığında gəzib, ruhən özümdə rahatlıq tapdım.
Bu sözləri, fikirləri mənə yazdıran Qəzənfər Məsimoğlu ruhuna alqış deyib, yaradıcılığında yeni-yeni uğurlar diləyirəm.
Səmimiyyətlə,

Elxas Comərd,

“İti Qələm”Respublika Ədəbi Birliyinin və” Ağsu Yazarları “Ədəbi Birliyinin üzvü.

Share: