Putin Həbib Nurməhəmmədovla görüşdü

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.
Müstəqil.Az TASS-a istinadən xəbər verir ki, Putin idmançını Konor Makqreqor üzərində qələbə münasibəti ilə təbrik edib.
Görüşdə Həbibin atası Abdulmanap Nurməhəmmədov da iştirak edib.
Qeyd edək ki, A. Nurməhəmmədov Həbibin məşqçisidir.
Share: