Problemlərdən qaçmaq üçün körpə uşaq kimi yaşayır – MARAQLI…

ABŞ-da ağzındakı əmziyi ilə sanki balaca uşaq kimi yaşayan gənc qız görənlərdə böyük təəccüb yaradaraq bunun yetkin həyatından qaçmaq məqsədi daşıdığını deyir.
Moderator.az xəbər verir ki, 24 yaşlı Amerikalı qadının ağzından əmzik düşmür. Uşaq kimi oyuncaqlarla oynamağı sevən gənc qız, özü kimi yaşayanların olduğu bir cəmiyyətə də üzv olub. Sevgilisinə “ata” deyə səslənən qadın adını açıqlamasa da onun kimi yaşayan bir çox insanın varlığından bəhs edir.
Körpələr kimi geyinib bütün gününü oyun oynamaq və yatmaqla keçirən gənc qız bu sayədə yeniyetmələrə aid bütün problemlərdən də uzaq qaldığını bildirir. “Xüsusi bir yerdə hamımız uşaq paltarları geyinirik, cizgi filmləri izləyir və oyunlar oynayırıq” – deyən gənc qız bu məsələnin seksuallıq ilə bir əlaqəsi olmadığını da vurğulayıb.
Müstəqil.Az

Share: