“Pis adamlar Zahidi zərərli şeylərə aludə elədilər…”- “Onu iki dəfə müalicə etdirdim”

Bildiyimiz kimi dünən qəfildən tanınmış klarnet ifaçısı Zahid Əliyev (Zahid Sabirabadlı) ürək tutmasından dünyasını dəyişib. Məsələylə bağlı Moderator.az-a danışan əməkdar artist Cavanşir Məmmədov hələ də özünə gələ bilmədiyini bildirib:
“Zahid 1999-cu ildən dünyasını dəyişənə qədər mənim ansambılımda işləyib. Bakıda kirayədə yaşayırdı. Hələ də özümə gələ bilmirəm, heç danışa da bilmirəm. Çox böyük sənətkar idi, amma sadə adam idi. Adamı yandıran bu boyda sənətkarın kirayədə yaşamasıdır. Yaxşı da pul qazanırdı, pis adamların Allah evini yıxsın, Zahidi yoldan çıxarmışdılar. Onu iki dəfə müalicə etdirdim. Ona dost yox, böyük qardaş olmuşam. Onun ürəyində arzusu qalmayıb, maşın istəyirdi, maşın da aldım. Sənətinə görə ona həmişə yüksəklərdə tutmuşam. İndi sənətkar çoxdu, amma Zahid başqa idi. Bu cür sənətkarı ki, Allah bizə qismət eləmişdi, gərək qədrin biləydik. Təəssüflər olsun ki, onu zərərli şeylərə aludə elədirlər. Zahid insan kimi də çox yaxşı oğlan idi. Bu gün Sabirabadda dəfn olundu. Mən də Sabirabada yola düşəcəm”.
Share: