Orban Ukrayna ilə bağlı müzakirə zamanı iclas zalını tərk edib

Orban Ukrayna ilə bağlı müzakirə zamanı iclas zalını tərk edib

Orban Ukrayna ilə bağlı müzakirə zamanı iclas zalını tərk edib

Dekabrın 14-də Brüsseldə keçirilən Aİ sammitində Macarıstanın baş naziri Viktor Orban ittifaqın liderləri Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarına gələrkən zalı tərk edib.

-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Orbanın Facebook səhifəsinə və The Guardian-a istinadən məlumat yayıb.

Orban daha sonra sosial şəbəkə hesabında Ukraynanın ittifaqa qoşulmaq üçün danışıqlara başlamağa hazır olmadığına dair mövqeyini təkrarlayan bəyanat yayıb.

“Ukraynanın Aİ-yə üzvlüyü pis qərardır. Macarıstan bu pis qərarın bir hissəsi olmaq istəmir!” – Macarıstanın baş naziri vurğulayıb.

Share: