Oğlunu itirən əməkdar artistimiz efirdən imtina etdi

Bir müddət öncə oğlunu itirən əməkdar artist Zöhrə Abdullayeva efirə çıxmaqdan imtina edib.

Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə “ATV şou” verilişinə telefon zəngi ilə qoşularkən danışıb:

“Mənimlə eyni dərdi yaşayan analar var, övladın yaşı olmur. Bu dərd bütün dərdləri üstələyir. Allah bütün analara səbr versin. Mənim isə hələ səbrim yoxdur. Səsim üçün darıxan, eşitmək istəyən tamaşaçılara arzulayıram ki, dərd görməsinlər. Hələ efirə çıxa bilmərəm. Fikrim də yoxdur. Mənim yaram köz bağlamır. Özümə gələ bilmirəm”.

Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev beyin xərçəngindən vəfat edib.

Müəllif: Yalçın Uğur
Share: