O taksi sürücüləri ilə bağlı ciddi addımlar atılacaq

“Regionlardakı taksilərin əksəriyyəti minimum tələblərə cavab vermir”.

Müstəqil.az xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov deyib.

H.Həsənov taksi sürücülərinin yol verdiyi xoşagəlməz hallara qarşı da tədbirlər görüləcəyini bildirib:

“Hazırda 8+1 tipli avtonəqliyyat vasitələrinin nə taksi, nə də avtobuslara tətbiq edilən qanunvericilik tələblərinə uyğun olmadığına görə onlar qanunla tənzimlənmir. Bu problemlərin həlli ilə bağlı təkliflər hazırlanır. Bununla yanaşı “London taksi”lərinin keyfiyyətinin artırılması məqsədilə işlər görüləcək. Taksi sürücülərinin davranışında xoşagəlməz hallara qarşı tədbirlər görüləcək. Məqsəd vətəndaş göstərilən taksi xidmətinin keyfiyyətini artırmaqdır”.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152