NOQRUS-NOVRUZ bayramı haqqında qısa xülasə…-Rəşad Tahiroğlu yazır…

NOQRUS-NOVRUZ bayramı haqqında qısa xülasə…

Ön türklərin 2 böyük bayramı olmuşdur. NOBRUD-NOBRUZ və QORDOGAN-GÜNDOĞAN.

Bunlardan biri martın 21-də keçirilən NOVRUZ(ENİ-QOR-AS) bayramı idi.
İddia olunur ki, “Novruz” fars sözü olub – NOV və RUZ sözlərinin birləşməsindən formalaşıb, “yeni gün” deməkdir. Qeyd edək ki, NOVRUZ fars dilində formalaşsa “no ruz” kimi yox ,”ruz e no” kimi ifadə edilməlidir.

“Novruz” ön türkcədə “ENİ -QOR -AS” ,”NOQRAS” “yeni, günəş, nur” sözlərindən formalaşıb, “günəşin yenidən nurlanması ,canlanması” deməkdir. Yəni, NOQRUZ türk bayramıdır və bu söz türk dilindədir.

Makedonyalı İsgəndərin yürüyüşləri zamanında əsl Avesta yandırıldıqdan sonra Sasanilər zamanında Avesta saxtalaşdırılıb, FARSLAŞDIRILIB.

Novruz, Avesta, fars adına çıxılıb.
Noqruz türk adıdıR. QOR- ön türkcədə sadəcə “köz” mənası vermirdi, həmçiniN “günəş” mənasını verir.
(QOR+SƏS-QORUZ-XORUZ).

Həmçinin QOR-KOR sözü kor-kut dədənın adında da olan KOR sözüdü.

İS(IQ) və AS eyni kökdən formalaşıb, İŞİQ (NUR) deməkdir.
Misal üçün GÜNƏŞ=KÜN+AS kökündə olduğu kimi “gün+nur”.
Həmçınin AS, ön türk sözü “SUN”,(ingiliscə “günəş) солница,(rusça”günəş), star ,(ingliscə “ulduz” ) звезда, (rusça ulduz).
ATƏŞ=OD+AS(fars sözü deyil) sözünün türkcədən alınan ilk köküdür.
Ön türkcədə ENİ “yeni” sözünün köküdür və hind avropa dilinə də
-nov -new- новий -kimi keçmışdir.

Beləliklə NOVRUZ,ENİ -QOR -AS “günəşin yenidən nurlanması” deməkdir. NOQRUS–NOVRUZ türk inancından oğurlanıb farsın adına çıxılır. Türkün tarixi ən azı 12 ,15 min ildən başlayır. “Ergen gün” yəni ERGƏNƏKON növbəti başlangıcdır, İlk başlanğıc deyil.

15000 illik tarixi araşdırıb nəticələndirəndə Novruz bayramı nə coğravı , nə tarixi və nədəki, inanc baxımından farsın olması mümkün deyil. Digər tərəfdən min illərdi dağlara ,qəbirlərə bayrağımıza çəkdiyimiz AY-HİLALIN Novruz bayramsız izahnı verə bilmərik.

Türklər 15000 ildən artıqdı AvroAsiya qitəsinin hər qayasına XAC, AY-HİLAL-GÜNƏŞ və KEÇİ damğalarnı yazıb qazıyıb.

Novruz-NOQRAS-ERGƏNGÜN bayramnın kökü “Tanrı,gün, ay ,ulduz” inancıyla bağlıdır.

15000 illik Göbəkli təpə qazıntılarında aşkarlanan gün-ay-ulduz min illəri türklərlə günümüzə NOQRUS–NOVRUZ bayramı və bayraqlarmızdakı hilal kimi gəlib. GÖBƏKLİ təpədə olan abidələr əsasən ortada 2 böyük T şəkilli daş və bu 2 daşı dövrələyən 12 nisbətən kiçik T şəkilli daşlardan ibarətdir. Və bunun nə məqsədlə tikildiyini alimlər bilmir. Səbəb sadə, İzah türkcədi Açıq səmadə tikilən bu abidənin.
1. Göydə TANRI,
2. Ortada olan iki T şəkilli daş QORAS-GÜNƏŞ və (AMA-ANA-NİNA)YERİ təmsil edir,
3.Ətrafdakı 12 daş isə “12 ayı” təmsil edir və bu 12 daşla mart aynı təyin edib, yazın gəldiyini bilirdilər.

12 rəqəmi bu məntiqlə sonralar bir çox inancda müqəddəs simvola çevriləcəkdi…
Çünki martın 21-də gecə ilə gündüz bərabərləşir və gün uzanmağa başlayır, təbiət oyanır.

SƏMƏNİ təbiətin oyanmasını, qoğal -günəşi, şəkərbura- ayı, paxlava -ulduzu təmsil edir…
SƏMƏNİ=SU+AMA(NİNA)

Göbəkli təpədə həm BUGA , həmdə GÜN-AY-ULDUZ rəsm edilmişdi.

Qeyd etdiyimiz kimi, BAHARI təmsil edən GÖBƏKLİ TƏPƏ abidələri hələ də türkün NOQRUS-NOVRUZ xonçasındakı
1. SƏMƏNİ=SU+AMA(NİNA)
2. QOĞAI-GÜNƏŞ,
3.ŞƏKƏRBURA-AY,
4.PAXLAVA-ULDUZu təmsil edir.

Qəribə olsa da göbəkli təpədə rəsm edilən ay HİLAL şəklində, günəş DAİRƏ şəklindədir və ulduz günəşi təmsil edən DAİRƏNİN içində NÖQTƏ formasındadır və türklər min illərdir paxlavanın ortasına hələ də findıqla nöqtə qoyurlar.
Xoncada olan quru meyvələr isə NOVRUZUN gəlişi ilə onlarında SƏMƏNİ kimi çüçərəcəyini ifadə edir.

Ön türklər əşya dili ilə inanclarnı ustalıqla ifadə edirdi.
Həmçinin rəsmli yazını kəşf edən türklər PİKTROFİK, daha sonra İDEOQRAFİK yazı dilini tapdılar.

PİKTROFİK yazıda çəkilən əşya o əşyanı ifadə edirdisə, İDEOQRAFİK yazıda artıq GÜNƏŞ – NURU , GÖRMƏYİ ifadə edirdi.
Tanrı inanclı türklər
QOR-GÖR kökünü ifadə edərək QOR-GÜNƏŞ çəkdikdə “Tanrı görür”,
BUĞA-BİLİK sözünü Bİ-ÖK/BUĞA başı ilə rəsm edib, Tanrıya qurban edilən BUĞANI  “Tanrı bilir”, aysa “Tanrı səbrlidir”, fikrini ifadə etmişdir.
Və bu 3 üçlük Şumer və Misirdə buğa- buynuz- buynuzda günəş olaraq qarşımıza çıxır və bunu biz OĞUZ XANIN tacında da görürük.

Və ön türklərin bayram etdiyi başqa bir tarix dekabrın (aralıq) 21-də ən uzun gecə bitir və gecələr qısalmağa başlayır. Baharı – NOVRUZU ( ENİ QOR AS) iplə çəkən ön türklər dekabrın 21- ni beləcə bayram edirdilər, şam ağacını meyvələrlə bəzəyirdiLƏR.

Eyni ilə SƏMƏNİ xonçası kimi…

Və bu günə QOR+DOĞAN (NARDOĞAN) deyirdilər.
HUNların Qərbə gəlişi Avropaya TANRI damğası XAÇI, ŞAM AĞACINI, MARALI, AYAZ BABANI gətirdi.
Əgər bu gün günəşin zülmət üzərində qələbə qazandığını bayram edən atalarmızı anlasaq o da olacaq, anlamasaq zülmət bizim üzərmizdə qələbə qazanacaq.

ELÇİBƏYİN gözəl sözü var -” TÜRKLÜK ODUR Kİ, TÜRKLÜYÜN MAHİYYƏTİNİ DƏRK EDİB, FƏXR EDƏSƏN.”
Qaynaq- DİL VƏ DİNİ İNANCLARIN KÖKƏNİNƏ DOĞRU -kitabı.
BAYRAMINIZ KUTLU OLSUN…

 

Rəşad Tahiroğlu

 

No hay descripción de la foto disponible.
No hay descripción de la foto disponible.
No hay descripción de la foto disponible.
La imagen puede contener: exterior
La imagen puede contener: exterior
Share: