Neatnyahu KABUS YAŞAYIR – İsrailin 70%-i buna görə ondan narazıdır

İsrailin blokada altında saxladığı və ötən gün kəskin silahlı hücumlara məruz qoyduğu Qəzza bölgəsi baş nazir Benyamin Netanyahunun kabusuna çevrilib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.

Ötən ay İsrailin yalnız yəhudilərə aid olması haqqında qanunun parlamentində qəbulundan sonra Netanyahunun qeyri-rəsmi olaraq seçki kampaniyasına başlanıb. Qəzzada yaşanan qarşıdurmalar və gərginliyin artması isə seçki kampaniyasına kölgə salır və bu vəziyyət baş naziri ciddi şəkildə narahat edir.

Netanyanu vəziyyətin fərqindədir və Qəzzadan gələn xəbərlər səbəbilə təmsil etdiyi Likud partiyasının səslərində 4 ay öncəkinə nisbətən geriləmə olduğunu dilə gətirib.

İsraillilərin 70%-i hökumətin Qəzza siyasətindən məmnun deyil. Lakin Qəzza Netanyahunun ən böyük məsuliyyəti və yükü halına gəlib və onun kabusuna çevrilib.

Baş nazir Həmas ilə uzunmüddətli atəşkəs əldə etməyin ona zərər verəcəyindən qorxur.

Müstəqil.Az

Share: