Nə üçün Azərbaycan Sinqapur ola bilmir?

Səbəblərdən biri haqqında:
“Biz hər bir investoru yalnız xöş qarşılamaq yox, onların bizim ölkəmizdə istehsala başlamağına kömək etmək üçün dəridən qabıqdan çıxırdıq”. Li Kuan Yu
1968-ci ildə Li Kuanın göstərişi ilə onun iqtisadi məsləhətçi , Hollandiyalı Albert Vincemius, “Bank of America”-nın Sinqapur şöbəsinin vitse-prezidenti Van Onenə (Londona) zəng elədi və baş nazirin istəyini çatdırdı: “Qarşıdakı 10 il ərzində Sinqapur Cənub-Şərqi Asiyanın maliyyə mərkəzi olmaq istəyir”. Cavab konkret idi: “Çox yaxşı, Londona gəl. Bunu 5 il içində əldə edə bilərsiniz.”
Londonda qonağı bir yığıncaq salonunda böyük bir qlobusun yanına apardılar. “Bir göz atın: maliyyə günü Sürixdə başlayır. Zürix bankları 9: 00-da açılır, bir qədər sonra Frankfurtda banklar açılır, daha sonra Londonda. Nahardan sonra Zurich bankları bağlanır, sonra Frankfurt və London bankları bağlanır. Həmin vaxt Nyu-York bankları hələ də açıqdır. Beləliklə, London maliyyə axınlarını Nyu-Yorka istiqamətləndirir.
Günortadan sonra New York bankları bağlandıqdan sonra, onların maliyyə axınları San Francisco şəhərinə köçürülür. İsveçrə bankları açıldığı vaxt – saat 09: 00-dan əvvəl, San-Fransiskoda olan banklar bağlanan vaxtlar, maliyyə dünyasında heç bir əməliyyat olmur. Sinqapuru ortada qoysaq, San-Fransiskoda bankların bağlanmasından əvvəl bunları Singapura atmaq mümkün olacaq və Singapur bankları bağlanıldığında, onlar maliyyə axınını Zürixə köçürə biləcəklər. Beləliklə, tarixdə ilk dəfə olaraq, qlobal fasiləsiz bank xidmətləri mümkün olacaqdır.
Beləcə, yeni bir qlobal maliyyə mərkəzi yaradıldı. Dünyanın bütün iri bankları, investisiya, sığorta şirkətləri Sinqapura gəldilər. Bu ölkədə 121 bankdan 114-ü xarici banklardı. İslahatlar başlayandan sonra 15 il ərzində ÜDM 15 dəfə artdı, ölkə dünyanın ən inkişaf etmiş ölkəsinə çevrildi.
Azərbaycan Bakını qlobal maliyyə mərkəzinə çevirmək, xarici kapitalı cəlb etmək və sürətli inkişaf üçün çox daha əlverişli şəraitə malikdi. Amma nailiyyətlər müqayisə olunmaz dərəcədə zəifdi. Əgər hazırda Sinqapurda dünyanın top yüz bankının hamısı cəlb olunmuşdursa, bank aktivləri 1 trilyon dollara yaxındırsa, Azərbaycanda bu banklardan heç biri yoxdur və bank aktivləri 17 milyard dollara (57 dəfə az) çatmır. Fond birjaları ümumiyyətlə, heç bir müqayisəyə sığmır.
Amma Bakının qlobal maliyyə mərkəzinə çevrilməsi hər bir maliyyəçinin arzusudu (1992-ci ildə plana qoyulmuşdur), zənn edirəm, idarəçilərin də həmçinin. Bizə Li Kuanın hərəkətləri, Sinqapur üçün gördüyü işlər çox lazımdı, bizə kapitalı dünyadan ölkəmizə axıtmaq lazımdı, ölkədən başqa diyarlara yox, bizə böyük investisiyaları – trilyonlarla – cəlb etmək daha çox lazımdı, nəinki, başqa ölkələrdə investisiya yerləşdirmək…
Saleh Məmmədov, 
keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim, professor
Share: