…müğənni qadını qucaqlayıb yerdə… – Etiraz

Tanınmış yazar Aygün Həsənoğlu Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına məktub  – müraciət ünvanlayıb. Müstəqil.Az müraciəti olduğu kimi dərc edir:
 
 
“Hörmətli Nuşirəvan Məhərrəmli!
Bizə məlumdur ki, rəhbərlik etdiyiniz qurum Azərbaycan radio və televiziya sahəsində dövlət siyasətini həyata keçirmək vəzifəsi daşıyır.
Son zamanlar televiziya kanallarından Azərbaycan milli dəyərlərinə, dövlətçilik maraqlarına zidd olan verilişlərin yayınlanması əhalidə və xaricdə yaşayan azərbaycanlılarda böyük narazılıq yaratmışdır. Aparıcının efirdə müğənni qadını qucaqlayıb yerdə oturması, yaxud digər bir aparıcının başqa bir kanalda qonaq kimi çağırdığı qadını öpməsi, televiziya verilişinin azyaşlı qıza elçi getməsi kimi əxlaqdankənar hərəkətlər televiziyalarımızın diqqət və nəqarətdən kənarda qaldığını göstərir. Efir mədəniyyəti, əxlaqi dəyərlər tamamilə ayaqlar altına atılmaqda, xalqımızın milli mentaliteti tərbiyəsizcəsinə tapdanmaqda, gənclərimiz qeyri-etik davranışlarla yetişdirilməkdədir.
Hörmətli sədr!
Azərbaycan Prezidenti bütün televiziyaları izləməyə və televiziyalardakı davranış və fəaliyyətləri tənzimləməyə şəxsən vaxtı olmadığı üçün bu vəzifəni sizin rəhbərlik etdiyi Şuraya tapşırmışdır. Təəssüf ki, televiziya kanalları Şura tərəfindən heç bir nəzarətin olmaması təsirini bağışlayır.
Azərbaycan efir məkanı həm dövlətimizin, həm də millətimizin simasıdır. Sizdən, bu məkana sahib çıxmanızı və televiziyalara təlimat göndərərk bir daha bu cür hərəkətlərin təkrara olunmaması üçün lazımi tədbirlərin görülməsini, əks halda həmin televiziyaların cəzalandırılmasını istəyirik.
Çünki bu cür veriliş və hərəkətlər haqqında fikir bildirənlərin bir çoxu bunların hətta məqsədli şəkildə yayıldığını bildirirlər ki. bu da dövlətimizin imicinə ciddi zərər vurur.
Bu problemin dövlətə və milli əhəmiyyətini nəzərə alaraq televiziya kanallarına bir daha bu cür qeyri-etik, əxlaqdankənar, milli dəyərlərimizə zidd veriliş və hərəkətlərin təkrara olunmaması barədə göstəriş vermənizi, təkrarlandığı haıda isə təsirli tədbirlər görmənizi xahiş və tələb edirik.
 
İMZA: Yazıçı-dramaturq,
filologiya üzrə fəlsəfə doktoru
Aygün Həsənoğlu

Share: