Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

“Mövlud Süleymanlı məni mağmın bilməkdə davam eləyir” – Əlabbas

Müstəqil.Az bildirir ki, tanınmış yazıçı Əlabbas həmkarı Mövlud Süleymanlının AzNews.aza müsahibəsində onun haqqında səsləndirdiyi fikrə münasibət bildirib.

Müstəqil. Az yazıçının AzNews.az-a cavabını təqdim edir:

“Özümə söz vermişdim ki, bir daha Mövlud Süleymanlı söhbətinə qayıtmayacağam. İntəhası, 2007-ci ildə olduğu kimi, bu dəfə də hər şeyə o özü nədən oldu. Beləliklə…

Mövlud Süleymanlının “Köhnə kişi”yə münasibəti məndən ötrü qətiyyən təzə məsələ deyil. Hətta münasibətlərimizin lap o pik məqamında belə demişdim ki, gedin, o adamdan iki yaxşı, yadında qalan povestin adını soruşun, onlardan biri “Köhnə kişi” olmasa, mənə nə deyirsiniz, deyin. Uzun illər susan Mövludun məsələyə münasibət bildirməsi sadəcə bu mənada məndən ötrü maraqlı oldu, vəssalam. Amma burda bir məqam var ki, onun üzərində mütləq dayanmam gərək. Müsahibənin mənlə bağlı yerinə çatanda bir anlığa dayanıb öz-özümə dedim: “İşdi-şayəd, Mövlud sözün düzünü desə, telekanallardan bir çəkiliş qrupu da götürüb, bu adamın hüzuruna getməsəm, məndən pis adam yoxdu. Gedib deyəcəm, məni bağışla, Mövlud müəllim, görünür, o vaxt, o məşum məktubu sizə yazanda şeytan məni yoldan çıxardıb, üzr istəməyə gəlmişəm. Qoy, bunu tək ədəbi camiə yox, bütün el-aləm bilsin. Əgər biz bu yaşda da belə şeylər etməyi bacarmırıqsa, onda nə vaxt bacaracağıq? O dünyada olanda?… Onda bizim yaşımız artıb, ağlımız yox!”

O səbəbdən müsahibənin sözügedən hissəsini sanki oxumuram, su kimi içirəm. Gözləyirəm, görüm, o qədər susmağın qarşısında heç olmasa indi, yetmiş beş yaşın tamamında, ömrünün ən ahıl çağında gerçəyi deməyə bu insanın qüdrəti çatacaqmı? Təəssüf!…

İki şeyə görə təəssüf: əvvəla, Mövlud müəllim qırx il əvvəl deməli olduğu sözü indi, iş işdən keçəndən sonra deyib. Amma onu da axıracan düz deməyib. Ən azı buna səmimiyyəti çatmayıb. Öz günahını Əkrəmin boynuna yıxmağın təzədən nə mənası? Söhbətimin bu yerində deyim ki, deyəsən, Mövlud müəllim məni ovaxtkı, sadəlövh, dilsiz-ağızsız, bir sözlə, mağmın Əlabbas bilməyində hələ də davam eləyir. Ona görə də dostumu bir sualla yarıyoldan qaytarmağa məcburam: əgər siz, dediyiniz kimi, doğrudan da, əsər çap etmək səlahiyyətində deyildinizsə, sizi ayağa qaldıran “Köhnə kişi” haqda indi dilə gətirdiyiniz o mübarək sözləri bir məktubmu, “Uğurlu yol”mu, “Xeyir-dua”mı, yaxud sadəcə təqdimat şəklində çap etdirməyinizə də Əkrəm Əylisli mane oldu? Axı siz bunu bir dəqiqənin içində eləyə bilərdiniz… Kimə gəlirsiniz?

Bundan da əlavə: “Köhnə kişi” Əkrəm müəllim redaktorluqdan gedəndən səkkiz il sonra işıq üzü görüb. İndi siz hansı məntiqlə deyirsiniz ki, “Köhnə kişi”ni Əkrəmlə İsa çap etməyə qoymadı. Amma o uzaq səksən birinci ildə, yəni iyirmi dörd yaşım olanda siz mənim başımı ayrı cür qəzilləmişdiniz: guya, Əkrəm demiş ola ki, mən bu əsərlə “Kür qırağının meşələri”nin davamını yazmışam…
A kişilər, belə şeyə görə əsər çap eləməzlər? Əksinə, deyilənlər gerçək olsaydı, Əkrəm onu yamsılayanlardan daha birinin artdığı ilə fəxr eləməliydi ki!

Mən hələ bu məsələni də bir yana qoyuram. Dediyinizdən belə çıxmır ki, “Azərbaycan” Əkrəm ordan gedəndən sonra da, uzun illər onun qanunları ilə işləyib? Bəlkə, indinin özündə də işləyir, xəbərimiz yoxdu? Araşdırmaq lazımdı…”

AzNews.az

Share:

seo