Milyonçu sevgilisi qapını başında qırdı, paylaşdığı şəkillərlə fenomenə çevrildi – FOTOLAR

22 yaşlı Braziliyalı tələbə milyonçu sevgilisi tərəfindən döyüldükdən sonra paylaşdığı şəkillərlə sosial mediada fenomenə çevrilib.
Müstəqil.Az xəbər verir ki, Floridada təhsil alan gənc qız zorakılığı göstərmək üçün göyərmiş gözləri və kəsiklər içində olan üzünün şəkilini sosial mediada paylaşıb. Bundan sonra gənc qızın izləyicilərinin sayı birdən artmağa başlayıb.
Gənc qız paylaşdığı fotoşəkildə sinəsinin açıq olduğunu deyən sevgilisinin onu döydükdən sonra başını qapıya vurduğunu və saçlarını kəsdiyini deyib. Hadisədən sonra evdən qaçmağı bacaran qız polisə xəbər verib. Evə gələn polis adamı evdə divan üzərində yatarkən yaxalayıb.
Qeyd edək ki, daha əvvəl 2,000 izləyicisi olan qızın fotoları bölüşdükdən sonra izləyici sayı 218,000 olub.
Müstəqil.Az 
Share: