Mikoyanla yatmaqdan imtina edən Merilin Monro az sonra necə öldürüldü?..- Gizli tarix

“Faşist qurumu DTK-nın canlı kabusları hələ də içimizdə yaşayır…”
Bu günlərdə Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi fonunda növbəti dəfə “III cahan savaşı olacaq” ajiotajı baş qaldıranda yadıma ötən illərdə də dəfələrlə qeyri-adi, ağlagəlməz mövzulu  və məzmunlu söhbətlərini təqdim etdiyimiz Azərbaycanın məşhur milli mason lideri- 1959-1982-ci illərdə Azərbaycanın milli müstəqilliyi uğrunda gizli mübarizə aparmış Milli Azadlıq Qərargahını rəhbəri Oqtay Eldəgəzlə daha bir söhbətimiz yadıma düşdü… 1990-cı illərin sonunda “Azərbaycan” nəşriyyatının 6-cı mərtəbəsindəki görüşlərimizdən birində 1962-ci ilin ABŞ və SSRİ arasındakı Karib böhranı zamanı planetin nüvə savaşından xilas edilməsində önəmli rol oynamış azərbaycanlı kəşfiyyatçı oğuldan bəhs etmişdi Oqtay əfəndi… O  vaxt bu söhbət yazıya da köçürülmüşdü.
Aktuallığını nəzərə alaraq həmin söhbətin ən maraqlı məqamlarını  oxucuların da nəzərinə çatdırırıq:
(Yazının əvvəlki hissələri üçün bu linkə baxın: http://www.moderator.az/news/223159.html)
 “…Çimərlikdə  təkcə uzanmış Merilin Monronu Mikoyanın dəvəti ilə mehmanxanaya çağırdılar. Qadının sovetlərə işləməsi və dürlü-dürlü eşq macəraları, yəqin ki, daşnak gədaya bəlli idi. Danışılan gündən bir həftə öncə arvadı Yelena Akopovanın  ölüm xəbərini teleqramla ona bildirsələr də, səfərin vacibliyini nəzərə alaraq Kremldən  qoca erməniyə heç dəfnə getməyə də icazə verməmişdilər…
Ümumi tanışlıq söhbətindən sonra daşnak öz qonağını ziyafət masasına dəvət etdi. İrəvan konyakı süzülmüş ikinci badələr boşaldılan kimi gədanın altına elə bil od qoydular… Mikoyan Merilin xanmın sinəsinə-başına əl atır, belini qucmağa çalışır, boyasız al püstə dodaqlarını, dəniz kimi mavi gözlərini öpüşlərə qərq etməyə girişir və bu zaman ingiliscə qırıq-qırıq bayağı sözlər yağdırırdı…  Elə ki, qoca erməni gəda onun üst paltarının ətəklərini zorla yuxarı dartdı, zavallı Merilin xanım zorlamaya məruz qalmış bütün qadınlar sayağı müqavimətin əbəs olduğunu anlayaraq cinayətkarı qışqıracağı ilə hədələdi. Çüxura düşmüş gözlərini bərəldən sovet naziri qövsvari yekə burnunu çəkə-çəkə tez qurbanından uzaqlaşıb  yumşaq stula əyləşdi. Düymələri açılmış zolaqlı mənzil pencəyinin altından görünən sıx qara sinə tükləri 68 yaşlı beli donqar erməni qocasını daha da eybəcər göstərirdi… Bir az özünə gəlmiş Merilin həyəcan və qəzəblə qoca dığaya ”Siz hökumətin ikinci şəxsisiniz, yoldaş Mikoyan, ayıbdır axı!”-dedi və ona sarı şərqli qadınlara tanış olan qapazı andıran qoşa əl hərəkəti edərək qapını çırpıb çıxdı. Qonaq gözəlin sağollaşmadan getməsi özündənmüştəbeh Mikoyanın üzünə vurulmuş ən ağrılı sillə idi…
Bütün vücudunu sarsıtmış bu ürəkbulandırıcı səhnədən sonra istirahətini yarımçıq qoyan Merilin Monro səhər erkən təyyarəsiylə Los-Ancelesə -evinə uçdu…
Ertəsi gecə (26 noyabr 1962-ci il) yatağında dərd əlindən qovrulan DTK-çı casus müğənni hönkürə-hönkürə öz-özünə:” Deyəcəyəm hər şeyi, MKİ-yə, FTB-yə… Məni qırmızı fənərlər fahişəsinə döndərmək istəyirlər. Danışacağam! Mən o qoca kaftarın  təcavüzü haqda onlara xəbər verəcəyəm. Ah, bircə mənim Seyranım yanımda olsaydı…”-deyə haray çəkirdi. Merilin xanımın meksikalı “vəfalı” qulluqçusu Suzanna onun qəzəblə dediyi sözlərə açar yerindən qulaq asır, xanımının yataqda qovrulmasına baxırdı. Merilin xanım hardan biləydi ki, sədaqətli sandığı xadiməsi də sovet zabiti Zabelin tərəfindən cəlb edlmiş DTK-nın muzdlu xəbərçisi imiş…
Düyünün açılması özünü çox gözlətmədi. Dövlətlərarası fəlakətlərə gətirə biləcək  çox şeyi bilən kino ulduzunun ifşaedici mənbə kimi aradan götürülməsi labüdləşmiş, artıq ali komunizm amallarına, onun bərabərlik dünyasının təntənəsinə yönəlmiş xidmətlərinə yer qalmamışdı. Çünki turşusu tamam sıxılmış lumu puçalı kimi gərəksizləşmiş Merilin Monro canavar qanunları üzərində qurulmuş oyunlarda uduşsuz kart vərəqinə çevrilmişdi. Biçarə ulduz anlamışdı ki, gənclik çağlarında maraqlandığı tam nizamlanmış İslam aləmi üçün dağıdıcı təriqətçilər nə idilərsə,  mədəni dünya üçün də pozğun bolşevik firqəçiləri oymuşlar…
Bakıda  Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri(1920), Rostov-Don diyar PK-nın(1920-1921), Nijni Novqorod vilayət PK-nın katibi(1922) işlədiyi dövrlərdə  arvadbazlıq və əxlaqsızlıq şakərləri barədə əməlləri dillərdə gəzən adama rast gəlmiş qadın bir gün öncə ayrılıq bəlasına, hicran dərdinə mübtəla etdiyi Mikoyana ürəyində min-min təşəkkürlər yağdırırdı ki, pozğun davranışıyla onun gözlərini açıbdır, ölkəsinin gerçək simasını tanıdıbdır…
Ertəsi gün axşamüstü Merilin Monroda zəhərlənmə əlaməti,  mədə pozuntusu baş vermiş, nədənsə həkim çağırılmamış, qulluqçu iki kərə qarnını yudurtmuşdu. Sevumli qızı Cennini Harvard universitetindən çağırmağı tapşırsa da,  qızı gəlib çıxmamışdı. Beşcə günə üzülüb əldən düşmüş xəstə xanım bağırsaqlarının yuyulmasına razı olmuş, güclü “əməliyyat” bitəndən sonra halı daha da xarablaşmış, qızdırması artmış, güclü öyümələr başlamışdı. Bədbəxtlikdən telefon da işləmirdi… Nəhayət, qonşu telefonuyla çağırılmış həkim, həm də xəstənin yaradıcılıq pərəstişkarı olan adam hər şeyə aydınlıq gətirdi. Bağırsaq mayesinin  ciddi tibbi təhlili göstərdi ki, iç yuyulma zamanı xəstənin  mədə və bağırsaqalarına çoxlu zəhərli biopan toksini yeridilmişdir. Evdə FTB müstəntiqlərinə iki biri-birini inkar edən ifadələr vermiş qulluqçu qadın həbs olundu…
Dünya şöhrətli kino ulduzu Merilin Monro 1962-ci il noyabrın 30-da axşam saat 9:00 radələrində ağrılardan qışqıraraq əzablar içində dünyasını dəyişdi…
Bu qəmgin olayda namərd cinayətlərə adətkərdə Sovet DTK-nın dəst-xətti aydın görünsə də, həmin insan faciəsindən bir həftə qabaqkı  mehmanxana səhnəsini  və Mikoyanla bağlı sarsıntısının izləri də unudulmamalıdır…
Onu da unutmaq olmaz ki, yüz minlərlə insanı  məhv edən, milyonlarla başqa cür düşünənləri işgəncələrə, zorakılığa, böhtanlara çulğayan faşist qurumu DTK-nın canlı kabusları hələ də içimizdə yaşayır…”

Share: