Maşını ilə “Bravo”ya girən xanım sürücü bəlli oldu – Foto

Ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən Audi-Q3-ün sürücüsü xanım olub.

Müstəqil.Az Bakı.ws-ə istinadən xəbər verir ki, həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Bikə Abdullayeva bildirib ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb.

“Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, – B.Abdullayeva bildirib.

Qeyd edək ki, ötən gün Audi-Q3 markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.


Share: