Mən sulari çekilən dəniz
Mən daha suları çəkilən dəniz,
sən indi qurumuş sahildə liman .
Uzaqdan fit verib keçən gəmilər
sənə unutmağa verməzlər aman .
Üşüyər ürəyin tənhalığından,
küləklər adımı hecaladıqca.
Ruhunu buz kəsər , sazaq bürüyər ,
xatirəm qəlbində od qaladıqca .
Mənim ömür yolum yuxuna dönər,
ayılıb yuxudan yoza bilməzsən.
Nə zaman qayıdar, nə mən dönərəm,
bu bəxti yenidən yaza bilməzsən .
Qərib bir tənhalıq kövrəldər səni,
gözünün yaşında üzər gəmilər.
Dənizi özündən didərgin salan
limandan inciyib küsər gəmilər .
Bir az sən
Sən,
Fevralin soyuğunda iliklərimə axan
günəşli yaz kimiydin,
bir az həddimi aşan,
bir az ruhumu keçən,
bir az da az kimiydin.
Sən, mənim sovrulduğum isti kulək kimiydin,
bir az həsrətim kimi ,
bir az arzuya uzaq
bir az dilək kimiydin .
Sən, alnıma yazılan pozulmaz yol kimiydin,
Tanrınin əmr etdiyi
əzəli “Ol!” kimiydin,
bir az alın yazısı,
bir az insan yanğısı,
bir az səbəb kimiydin.
Sən, gecənin qoynunda
sönməz işıq kimiydin,
Bir az ümidə bənzər,
bir az təsəlli yeri,
bir az pak, bir az gunah,
bir az sabah kimiydin .
Sən, susdugum dualarin son amini kimiydin,
bir az pıçıltı kimi,
bir az göylərə yaxin səssiz cavab kimiydin,
bir az pak niyyətimdən doğan savab kimiydin.
Sən, ayazın içində yanar ocaq kimiydin,
Bermud üçbucağında
sirli bucaq kimiydin,
bir az əllərim catan,
bir az ruhuma doğma,
bir az özgəyə bənzər,
bir az qərib kimiydin…
Sən, içimə çəkdiyim şehli qoxu kimiydin,
Mən qoynunda yuxulu,
Sənsə yuxu kimiydin.
30. 07.2026
Gedilməmiş yol
Yolun başlanğıcındasanmı,
yoxsa yol səndən əvvəl çatıb ayrılığa?..
Ömrümdən gün verə–verə yurüdüm sənə tərəf,
mən gəldikcə kölgən uzaqlara çəkildi,
izlərin bir–bir söküldü.
Qəlbimə sığmayan səsin,
qəlbimin çatindan axıb getdi,
yoxluguna şəklini asdim,
Baxışların bir ömürlük bahar idi,
payız ömrümün sükutuna baxıb getdi.
Sözlərin qar kimi yagdi sevinc axtaranlara ,
mən qaldim bir kəlmənin intizarında,
üşüdüm yağmayan qarında.
Səndən sonra çox böyüdüm,
Saatlar divarda deyil üreyimdə işlədi,
zaman içimdən keçdi.
Bəlkə də bu ayriliq deyil,
Zaman eyni qapını ferqli qəlblərə acdı.
Bilirsənmi, əzizim,
indi nə sən gəldiyin yerdəsən,
nə mən getdiyim adamam,
aramizda danışılmamış sözlərdən
gedilmemiş bir yol var,
Uzaqdan gələn əzizini gözləyən adam kimi,
ayrılıq gözləyir bizi,
Sevmək əlindən tutmaq deyil,
İtirə –itirə insan qalmaqdi.
.28.07.2026.





















