Məşhur nobelçi yazar vəfat etdi

Ədəbiyyat ürə Nobel mükafatçısı, məşhur yazıçı Vidiadxar Naypol 86 yaşında vəfat edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə “Vulture” jurnalı məlumat verib.

Həyat yoldaşının verdiyi məlumatda yazıçının Londondakı evində, sevənlərinin əhatəsində vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Naypol 1932-ci ildə Trinidad və Tobaqoda anadan olub. 1971-ci ildə “Asılı vəziyyətdə” adlı kitabına görə Bukerov mükafatını alıb. 2001-ci ildə isə yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Müstəqil.Az

Share: