Məscidin tualetindən 7 gün əvvəl doğulan uşaq tapıldı.

Türkiyədə məscidin tualetindən 7 gün əvvəl doğulan uşaq tapılıb.

Müstəqil.Az Publika.az -a  istinadən xəbər verir ki, uşaq Eyubsultan mahalında Kapitan Paşa Məscidində aşkarlanıb.

Uşağın tapıldığı yerə təcili yardım çağrılıb, tibb işçiləri uşağı müayinə edəndən sonra xəstəxanaya aparıblar. Uşaq reanimasiya şöbəsinə yerləşdirilib.

Uşağın qolundakı doğum kartında onun 7 gün əvvəl doğulması adının Tuğba Dəmirtaş olması öyrənilib. Polis hadisə ilə bağlı araşdırma aparır.

 

Müstəqil.Az

Share: