“Məni devirməyə çalışırlar” – Trampdan şok ittiham

ABŞ Prezidenti Donald Tramp vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılacağı ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o bu kampaniyanın arxasında Demokratlar Partiyasının dayandığını iddia edib.

Amerika prezidenti demokratları özü ilə yanaşı, baş prokuror postuna yenicə təyin edilmiş Brett Kavanauqu da devirməyə çalışmaqda ittiham edib.

Tramp əlavə edib: “Digər yandan, mən getməliyəm, elədir? Ölkəmizin tarixində ən böyük iqtisadiyyatı qurmuş prezident olmağıma, pis bir iş görmədiyimə baxmayaraq, mən getməliyəm, hə?”


Share: