Mən dənizçi həyatımdan razıyam, dənizçi olmğımla fəxr edirəm – Uzaq səfərlər kapitanı

Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC DND idarəsinin  Məsləhətçi Kapitanı vəzifəsində çalışan, uzaq səfərlər kapitannı Elsevər Hacıəliyevdir.  

 -Elsevər bəy, Sizinlə “Dənizçi həyatı” lahiyəsində həmsöhbət oluruq. Mümkünsə oxucularımıza özünüz haqqında məlumat verərdiniz.

– 1969-cu ilin iyun ayının 8-də anadan olmuşam. Bakının Sabunçu rayonunun  Bakıxanov qəsəbəsində böyümüşəm. Elə orta məktəbə də burada getmişəm. Hələ orta məktəbdə oxudğum illərdə məndə dənizə maraq yaranıb. Adı dillərdə dastan olan gəhrəman dənizçi, Sovet İttifiqı qəhrəmanı  Qafur Məmmədov haqqında hələ kiçik yaşlarımdan məlumatlı idim.  Mənim də bir hərbiçi və ya dənizçi olmağım barədə düçüncəm elə o yaşlardan yaranmışdı.  Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Dəniz Yolları Məktəbində bu istəyimin ardınca ilk addımlarımı atdım. Beləliklə 1984-cü ilin Sentyabr ayında təhsilimə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində (indiki ADDA) gəmi sürücülüyü fakutəsində davam etməli oldum. 1988 -ci ilin Dekabr ayının 26-da həmin məktəbi fərqlənmə diplomu ilə bitirdim.

-Beləliklə arzularınız gerçəkləşdi, oldunuz dənizçi…

– Elədir. 1989-1993-cü  illərdə Xəzər Dəniz Gəmiçiliyində kapitanın 3-cü köməkçisi kimi dənizçilik fəaliyyətimə start verdim. Kapitanın 2-ci köməkçisi və böyük köməkçisi kimi isə artıq yeni bir qurumda – AXDG işlədim. Bir müddət sonra isə xarici sularda üzməyə başladım. 1993-1995-ci illərdə Türkiyədə Hacı Kapitanoğlu şirkətində 55.000 r. ton quru yük gəmisində (balkerdə) Kapitanın Böyük köməkçisi vəzivəsində çalışmışam.

-Dənizləri, ölkələri gəzdikcə bu sənətin tilsiminə düşdünüz, daha da bağlandınız, demək…

-Düzdür, artıq həyatım dənizlə daha sıx bağlanırdı. Elə buna görə də 1990-1994-cü illərdə Novorossiysk Ali Dənizçilər Akademiyasında Gəmi mühəndisliyi və idarə etmə fakutəsində Ali təhsil aldım. Müxtəlif şirkətlərdə, dənizlərdə çalışdım. 1995-2003-cü illər ərzində Xəzər və Şimal dənizlərində  neft axtarışı üzrə ” Geofizik”,  Geoka-Gamma/Gilavar- gəmilərində 1-ci zabit  vəzifəsində  əmək fəaliyyətimi davam etdirdim.

2003-2012-ci illərdə Palmali Şirkətində 7.000 req.tonluq 3 yeni gəminin qəbulunda iştirak etmişəm. Eyni zamanda da   uzaq səfərlər Kapitanı və Palmalinin İstanbul şöbəsində İnsan resusları rəisi vəzifəsində çalışdım. Amma yenə də gəmiçilik, dənizçiliklə bağlı daha çox bilgilərə sahib olmaq istəyi məni tərk etmədi. Elə ona görə də 2005-2010 ci illərdə Odessa Milli Dənizçilik Akademiyasında “Dəniz hüququ və İdarə etmənin təşkili” fakutəsində təhsilimi davam etdirdim və fərqlənmə diplomu ilə təhsilimi başa vurdum.

-Elsevər müəllim, zəngin təhsil və dənizçi təcrübəniz var, bununla yanaşı da deyəsən Xəzərə dönmək niyyətiniz yox imiş.

– Xəzər Vətənimizin ayrılmaz bir parçasıdır, Vətəndən üz döndərmək olar? Əlbəttə yox. Mən təhsildən sonra doğma Xəzərə qayıtdım. 2012-2017-ci illərdə “CMİ Kazaxıstan offshore şirkətində” Kapitan vəzifəsində işlədim və sonra yenidən qürbət sualara üz tutdum.

2017-2019- cu illər ərzində Sudanda “Anchor handling offshore” gəmisində Karadeniz ShipPower və Nevzat Aydın şirkətlərində offshore Kapitanı vəzifəsində çalışdım. 2019- cu ilin mart ayından hal hazırkı vaxta qədər ASCO – AXDG-də Məsləhətçi Kapitan vəzivəsində çalışıram.

-Sizi dinlədikcə, tanıdıqca görünən odur ki, həyatınız doğurdan da dənizə, dənizçi peşəsinə bağlıdır. Dənizçinin spesifik yaşam tərzi var. Sizin baxışlarınızda bu həyat necə görünür və bu həyatın özəllikləri haqda nə deyərdiz?

– Bu peşə sahibləri adətən yenicə işə başladığı gündən ömürlərini və ailə tərkibini bu sənətin çətinliklərinə kökləyirlər. Nümunə olaraq ilk 10 illik mərhələdə fikir ayrilığı olduğu halda peşə sahibləri öz peşə təcrübəsini büruzə verməkdə davam edirlər və yaxud da fəxri ada layiq təltif olunur və bununla da onlar  bütün talelərini dənizə bağlayıb,  dənizçi peşəsini davam etmək qərarında olurlar. Bu peşə sahəsində çalışan insanların sadiqliyi, cəsarəti, comərdliyi, geri dönməməzliyi və bütün çətinliklərə sinə gərmələri həmişə qabarıq şəkildə nəzərə çarpıb. Cəmiyyətdə fərləniblər, özünə münasib mühüt axtarmaq və ən əsası xalqın yanında olmağı daha üstün tutublar. Həmdə yüksək səviyyədə təşkilatçılığa malik olmaq da bu peşə sahiblərinə xass olan xusiyyətlərdir. Fəxr və qururla demək olar, bu keyfiyyətə mənsub olanlar dənizçi peşəsinin sahibləridir.

 – Dediniz ki, hələ kiçik sizdə yaşlarınızdan dənizçi olmağa maraq yarandı, erkən yaşlarınızdan təhsilə başladınız, çətinliklər olmamış olmaz, heç təəssüf hissi keçirmədiniz ki?

-Əlbəttə asan heç nə olmur. Amma istək, arzu varsa bütün çətinliklərə qalib gəlinməlidir. Belə bir kəlam var: Sənətin və peşənin uyğunsuzluğu yoxdur!  Peşə sahibinin təcrübəsiz və cavabdehsizliyi mövcuddur. Mən təcrübə toplamağa daha çox önəm verdimŞ bu baxımdn təəssüflənmək hissindən uzaq da qaldım.

Bəzən yaşlı, təcrübəli dənizçilərimizlə həmsöhbət oluram, onların həyat tərzini, dənizçi həyatını gənc dənizçilərə çatdırıram. Bəs Sizin dənizçilik həyatından nələri örnək olaraq göstərmək olar?

– Tarixən dənizçilər çox hafizəli və məlumatlı peşə sahibləri olublar. Bu, əlbəttə, onların peşə fəaliyyətindən irəli gəlib, düşdükləri şəraitdən necə çıxmaq, daha əlverişli bir məqam tutmaq və sair. Bütün bunlar həm təcrübəli, həm də bilikli olmaq deməkdir

Mən örnək olaraq dənizçilərə tövsiyə edərdim ki, ilk növbədə məntiqsiz, yersiz zarafat və mübahisələr etməsinlər və hövsələli, səbrli olsunlar, operativ iş qabiliyyətinə, təcrübəyə malik olsunlar.

– Gənc yaşlarınızdan dənizə gəldiniz, dənizlə necə “dil tapdınız”, sizə çətin olmadı ki?

-1985-ci ildə ilk dəfə dəfə təcrübəçi kimi “Sovet Türkmənistanı” bərəsinə gəldim və elə o zamandan dənizlə dil tapmağa çalışdım, alışdım bu həyata, dənizçi həyatının çox füsünkar olduğunu müşahidə etdim…

– DND də çalışırsız. Sıravi dənizçidən uzaq səfərlər kapitanı, hazırda isə məsləhətçi kapitansız. İşinizin qurulmasında, nailiyyətlərinizdə nəyə və kimə minnətdarsız?

– 2019-cu ilin mart ayından ASCO-AXDG-in/ DND-də üzrə DÜTX-in təhlükəsizlik söbəsində məsləhətçi Kapitan vəzifəsində çalışıram .

Uzaq səfərlərdə, gəmilərdə  topladığım təcrübəni hal hazırda DND-in gəmilərində tətbiq və təlimatlandırmaq üsulu ilə gəmilərimiz səfərə hazırlanır. Bütün növ gəmilərdə təhlükəsizlik baxımından gəmiləri və heyyət üzvülərinin hazırlığına nəzarət edirəm.

– Elsevər müəllim, dəniz Sizə nə verdi? Qazancınız, itirdiyiniz nə oldu, bəs?

– Mən dəniçilikdə, dənizdə saf qəlbli, eyni zamanda cəsur dostlar və dünyaya yeni baxış qazandım . Maddi və mənəvi üstünlüklər də az olmadı, əksinə çox oldu desəm, yanlış olmaz. Allah hər zaman bütün bəşəriyyəti qorusun. Qazandıqlarımızın müqabilində itirdiklərimiz nəzərə çarpmaz. Vaxt itkisi istisna olmaqla.

– Gənc nəslə əsas nələrə sahib çıxmağı, hansı keyfiyyətləri mənimsəməyi məsləhət görərdiz?

-Çox istərdim ki, ilk növbədə sağlam və nizam-intizamlı olsunlar. Axı dəniz və dəniçi həyatı əsasən nizam intizamı çox sevir. Gənc dənizçilərimizə tövsiyəm isə odur ki, dənizçiliyin yeni elmindən texnalogiyasından bəhrələnsinlər. Bundan sonra  yeni-yeni naliyyətlər çatacaqlarına da əmin olsunlar. Nəzəri bilikləri təcrübədə daha mükəmməl sınaqdan keçirsinlər. Dənizçilik elminin meyarları olsunlar!

– Elsevər müəllim, dənizçi həyatı macəralarla dolu olur, bəlkə bir maraqlı hadisəni yadınıza salasınız?

-Bilirsiniz,  döqrusu mən dünyanın əsas keçid bölgələrində üzmüşəm. Hansından başlayım axı. Volga-Balt(Volga-Don)Kerç boğazı(İstanbul-Dardannel boğazı  Müslüm boğazı)

-Süveyş kanalı keçidi/Babel-Məndəv boğazı/Adan körfəzi/Somali Sahillərinə 21 dəniz mili yaxınlaşma.

-Şir-lanka-Malakkan boğazı -Singapor Boğazı və limanı/Malaziya körfəzləri/

-Teneron keçidi/Messina keçidi/Bonifaçu boğazı/Otranto keçidi/

Cəbil əl tarix, yəni  Cografiya fənnində bu səhv olaraq Cəbələtarix kimi yazılır, əslində bu belə olmlıdır – Cəbil Mərakkəş ölkəsinin sərkərdəsi və onun tarixçəsı (Əl tarix),

-Amerika-6 liman/Panama kanalı/Meksika/Braziliya/Argentina

-Avropa La-Manş(İnglis kanalı/Dover keçidi/Kiel kanalı/və avropa ölkələri

-Asiya Kəbə-Məkkə-Mədinə/Misir Ehramları/Meçidlər Allah evləri

-Afrika/Kape Toun şəhəri/Namibiya qəbilələri

*Su axarı olan limanlar/Dənizlər /Okeanlar

Bunlar hamısı biz dənizçilər üçün möcüzəvidir və hər bir limanda da maraqlı hadisələrlə qarşlaşmışıq. Hansını deyim, inşallh gənc dənizçilərimiz özləri dənizçi həyatlarında belə maqaqlı hadisələrlə qarşılaşacaqlar.

 -Dənizçilərimizin həyatından bəhs edən müxtəlif hekayətlər, lətifələr, macəra dolu xatirələr danışılır, yəqin ki eşitmisiz. Daha şox hansı söhbətlər dənizçi həyatına rəng qatır, onları digər sənət adamlarından fərqləndirir?

-Hər zaman xoş günlərdə, məclislərdə əksər cəmiyyət üzvüləri dənizçilərlə həmsöhbət olurlar. Dənizçilər sərt iş rejmində işlədiklərindəndir yəqin ki, xarakterlərində də bu qabarıq nəzərə çarpır. Bəzən elə məclislərdə, həmsöhbət olduqları zamanlarda o adamların yalan, uydurma söhbətləri dənizçilər tərəfindən tam tərsin cavablandırılır, doğru danışılmadıqlarını deyirlər. Nümunə olaraq deyim, hüzür yerlərində Mollaların tam məlumatı olmadığı Kəbə və Misir Ehramları barədə danışdığı fərziyyələr. Dənizçilərimiz isə səfərləri zaqmanı bu yerləri görüb, öyrəniblər.

 -Donanmamız müasirləşir. Yeni gəmilər, körpülər, limanlar inşa olunur. Elə  dənizçilərimiz də dünya dənizçiləri sırasında yaxşı tərəfləri ilə seçilir. Bu xüsusda sizin təcrübəniz nə deyir, daha nələri inkişaf etdirmək olar?

-Yeni gəmilərin sınaq səfərlərində  və hazırlanmasında tam iştirakım məni çox sevindirir. “Laçın” tankerinin sınaqları və hazırlanması. DND-I limanına gətrilməsi, “Azərbaycan” RO-RO/Paks hazırlığında iştirak etməyim, “Kəlbəcər” tankerinin sınaq və hazırlanması. DND-nın körpüsünə gətrilməsi və sair. Hal-Hazırda “Xoşbəxt Yusif-zadə” tankerinin hazırlanmasında da iştirakım və məsləhətim yox deyil.

Qara Dənizdə üzən gəmilərin 2020-2021-ci illər ərzində təmiri və çıxışa hazırlanması da  böyük əməyimin nəticəsidir. Buna görə DÜTX-in həmkarlarıma çox minnətdaram və hər bir Azərbaycan vədandaşı olaraq onlara  möhkəm can sağlığı arzulayıram. Mən qəlbən dənizçi olduğum üçün həyatımdan həm razıyam, həm də dənizçi həyatımla fəxr edirəm.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

Share: