Lukaşenko qumarla bağlı fərman imzaladı

Belarusda onlayn-kazinonun təşkili və saxlanılması leqallaşdırılıb.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.

Fərmanla onlayn-kazinonun təşkilinin şərtləri və tələbləri müəyyən edilib. Bunun üçün uduşların ödənilməsinin təminatı üçün istifadə olunacaq xüsusi hesabda depozitin mövcudluğu lazımdır. Onlayn-kazino xüsusi kompüter kassa sisteminə qoşulmağa məcbur edilir. Bununla, qumar biznesi sahəsində dövriyyəyə nəzarəti təmin etmək mümkün olacaq.

Bundan başqa, qumar oyunlarında iştirak üçün yaş senzi fərmanla 18 yaşdan 21 yaşa artırılıb. Bu, zərərli nəticələri minimallaşdırmağa kömək edəcək.

Hakimiyyət hesablayır ki, onlayn-kazinonun təşkili və saxlanılması üzərində qadağanın ləğvi pul vasitələrinin xaricə axınını azaltmağa imkan verəcək.

Share: