
3 iyun, 2025-ci il, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazar Leyla Mətinin “Sevgi mövsümü” adlı şeirlər kitabının təqdimatı keçirilib.
Tədbirin aparıcısı tanınmış yazıçı- publisist Nəcibə İlkin müəllifin yaradıcılıq fəaliyyətindən söz açıb. Daha sonra tədbirə qardaş ölkə Türkiyədən gəlmiş Dünya Sənətçilər Dərnəyinin rəhbəri Ramazan Seydaoğluna , Dünya Ana və Uşaqlar İctimai birliyinin rəhbəri Dünyaxanım Əliyevaya, Carçı jurnalının təsisçisi Gülnarə Əmirquluyevaya , Dəmir Yumruq Alfa Cəmiyyətinin rəhbəri şairə -Ülviyə Əsədovaya , Türkoloq alim Aytən Qurbanovaya, Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanova, şair Aysel Xanlarqızına, Fatimə Əlihüseynə, Ülkər Nicatlıya və bir çox yazarlara çıxış üçün söz verilib. Gələn qonaqlar şairin yaradıcılığı haqqında söz açıb, onun şeirlərindən səsləndiriblər.
Qeyd edək ki , “Sevgi mövsümü” Türkiyədə Liz yayınları tərəfindən nəşr olunmuşdur və müəllifin sayca 3-cü kitabıdır.
Leyla Mətini ürəkdən təbrik edir, uzun, mənalı ömür və yaradıcılıq uğurları arzulayırıq.
Aysel Xanlarqızı