Lənkəran polisi iş başındadır- Leyla Məcidova yazır

Lənkəran polisi iş başındadır- Leyla Məcidova yazır

 

Azərbaycan polisi şanslı mübarizə yolu keçib. Polis əməyi fədakarlıq qəhrəmanlıq tələb edən əməkdir.

Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli lideri.

Azərbaycan polsinin ildönümü həmişə ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunur. Bu da təsadüfi deyil. Əgər tarixə nəzər salsaq, görərik ki, bir çox qəhrəmanlıq səhifəsi məhz vətənə hədsiz sədaqəti və tükənməz sevgisi ilə seçilən, həyat yolu hətta döyüş səngərlərindən keçən Azərbaycan polisinin adı ilə bağıdır.

Biz bunu həm birinci, həm də ikinci Qarabağ savaşlarında da əyani şəkildə gördük Məlum olduğu kimi, hələ birinci Qarabağ savaşında Azərbaycan Silahlı Qüvvələri yaradılmamışdı.Azğın düşmənlə yalnız pərakəndə könüllü dəstələr vuruşurdu. Təbii ki. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə polis də qatıldı. Doğma vətənin müdafiəsinə qalxan və silahlı düşmənin önündə mətanətlə duran vətənpərvər döyüşçülərimiz çoxlu şəhid verdilər. Onların arasında mərdlik və qəhrəmanlıq nümunəsi göstərən polis işçiləri də vardır. Polis işçiləri II Qarabağ savaşında vətənə olan hədsiz sədaqətini və sevgisini bir daha sınağa çəkdilər, böyük zəfərin qazanılmasında pay yiyəsi oldular.

Öz mərdlik və yenilməz iradəsi ilə tarix yazan Azərbaycan polisinin mübariz dəstələrindən biri də Lənkəran şəhər polis şöbəsidir. Şöbənin polis əməkdaşları təkcə ictimai asayişi, sabitliyi qorumaqla öz işini bitmiş hesab etmir, eyni zamanda vətənin müdafiəsinə də öz töhfələrini vermişlər. Şöbədə şəhidlərin xatirəsi həmişə əziz tutulur, müharibə veteranlarına qazilərə böyük hörmət və ehtiram bəslənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müdrik kadr siyasəti Respublika Daxili İşlər Nazirliyində də ləyaqətlə davam etdirilir. Şəhər və rayonlara təyin edilən şöbə rəislərinin əməli fəaliyyəti də bunu aydın göstərir.
Lənkəran Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirovun fəaliyyətinin ilk günlərindən Subtropik diyarda təmiz, şəffaf ab-hava duyulur. Onun özünəməxsus iş üslubu var. Her şeyden əvvəl qapısı vətəndaşların üzünə açıqdır. Yəni demək istəyirik ki, rayon sakinlərinin rəislə ünsiyyət saxlaması üçün heç bir maneə yoxdur. Eyni zamanda rəhbərlik etdiyi kollektivə qarşı nə qədər xeyirxahdırsa, bir o, qədər də ümumi işin xeyrinə tələbkardır. Rayonda elə vəziyyət yaranıb ki, polis işçisi xidməti borcunu yerinə yetirməklə bərabər həm də sakinlərin həmsöhbətinə, dostuna və sirdaşına çevrilib.

Bu baxımdan şöbədə vətəndaşların siqnallarına xüsusi önəm verilir Siqnal gələn kimi dərhal əməliyyat qrupu yaradılır və hadisə yerinə yolanır. Bu, çox vaxt baş verəcək cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.

Şöbədə eyni zamanda cinayətkarlığa qarşı mübarizə ilə yanaşı əhali arasında, o cümlədən idarə və müəssisələrdə, ən başlıcası Ümumtəhsil məktəblərində maarifləndirici tədbirlərin mütəmadi keçirilməsi həmişə diqqət mərkəzindədir. Təkcə bu ilin 6 ayı ərzində “Cinayətkarlıq normal həyat tərzi ilə bir araya sığmır”, “Həyatımızda cinayətə yer olmamalıdır”, “Narkomaniya əsrin bəlasıdır” və s. mövzularda keçirilən tədbiri buna misal göstərmək olar.

Təbii ki, artıq ənənə halını alan bu tədbirlərin nəticəsində son illərdə cinayətlər, o cümlədən gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına meyillilik xeyli azalıb.

Ümummilli lider Heydər Əliyevin təbirincə desək, polis əməyi çətin və şərəfli əməkdir, yeri gəlmişkən fədakarlıq, qəhrəmanlıq tələb edən əməkdir. Ulu Öndərin müdrik fikirlərinin əyani təsdiqini Lənkəran Şəhər Polis şöbəsinin fəaliyyətində də görürük. Daim rayon ərazisi polis əməkdaşlarının nəzarəti altındadır. Onların gecəsi, gündüzü yoxdur Hamı şirin yuxuda ikən polis işçiləri ictimai asayişin, sabitliyinin keşiyindədirlər.

Bəli, işlədikləri günün yorğunluğunu adətən gecələr alan sakinlər,şirin yuxudan ayılıb səhəri də sevinclə, xoş xəbərlə qarşılayırlar. Bu, təbiidir. Çünki Lənkəran polisi həmişə iş başındadır.

Qarşıda gələn Polis İşçilərinin peşə bayramının təntənəsinə biz də qoşuluruq. Bu münasibətlə asayiş keşikçilərini təbrik edir, çətin və şərəfli işlərində onlara yeni uğular arzulayırıq.

Azərbaycan polisi

Gecə hamı yuxuda,
Gəzir küçə-meydanda.
O, özü yatmasa da
Verir səhər müjdəsi,
Azərbaycan polisi.

Hamıya bir sirdaşdır,
Həm dostdur,həm qardaşdır.
Layiqli vətəndaşdır,
Qəlbində yurd sevgisi,
Azərbaycan polisi

Öndədir hər bir işdə,
Yenilməzdir döyüşdə.
Gecə-gündüz keşikdə-
Asayişdir töhfəsi-
Azərbaycan polisi.

Qoruyur öz xalqını,
Xalqının düz haqqını.
Görüb Şəhid dağını,
Görüb Şəhid zirvəsi,
Azərbaycan polisi.

Nə qışı, nə yayı var…
Eldə haqqı-sayı var.
Qələbədə payı var,
Dildə zəfər nəğməsi-
Azərbaycan polisi.

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Leyla Qadir qızı Məcidova

Share: