Kriştianu Ronaldu “Yuventus”un heyətində ilk qolunu vurdu

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu Turinin “Yuventus” klubunun heyətində meydana çıxdığı ilk oyunda fərqlənib.

Virtualaz.org xəbər verir ki, dünya futbolunun ulduzu İtaliya çempionatının başlanmasından öncə ənənəvi olaraq keçirilən “Yuventus” – “Yuventus B” oyununda qol vurub.

Madridin “Real” klubunun 33 yaşlı keçmiş forvardı oyunun 8-ci dəqiqəsində qapıçı ilə təkbətək çıxıb və hesabı açıb.

Müstəqil.Az

Share: